Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub

08/10/2019 [17:50] - Mədəniyyət (100)



Moskvada, Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə rus dilində çap edilmiş “İ stal Putyom İstinı ya sam" (“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Moskva Yazıçılar Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan çıxıb. Dahi şairin 200-ə yaxın qəzəl, rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin yer aldığı kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Püstə Axundovadır.

Təqdimat mərasimində Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük şair və mütəfəkkir Nəsimin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinin ümummilli lider Heydər Əliyevinin adı ilə bağlı olduğunu vurğulayan E.Başkeçid xatırladıb ki, Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilib. O, Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq Yazıçısı Afaq Məsudun görkəmli şairin əsərlərindən ibarət kitabın Moskvada təqdim edilməsi münasibətilə təbriklərini çatdırıb.

Petrovsk Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti Valeri İvanov-Taqanski Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. Dövlət Tərcümə Mərkəzi ilə sıx əməkdaşlığından söhbət açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə Xalq yazıçısı Afaq Məsudun iştirakı ilə Moskvada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin də təqdimatı keçirilib. “Mən həmin antologiyaya daxil olan kitablara “Ön söz” yazmışam. Azərbaycan mədəniyyəti və ədəbiyyatı mənə tanış və doğmadır. Azərbaycanda mənim “Zəfər və ilğım” kitabım tərcümə edilib, “Ədəbiyyat qəzeti”ndə çoxsaylı hekayələrim dərc olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Soçiyə səfəri, Rusiya lideri ilə mehriban dostluq münasibətləri xalqlarımız arasında əlaqələrin parlaq perspektivlərindən xəbər verir”, - deyə V.İvanov-Taqanski vurğulayıb.

PEiA-nın həqiqi üzvü, filologiya elmləri namizədi Aleksandr Rudnev Nəsiminin həyat və yaradıcılığından danışıb, böyük şairin irsinin Şərq xalqlarının mədəni sərvəti adlandırıb.

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair və tərcüməçi Afaq Şıxlı böyük Azərbaycan şairinin fəlsəfi baxışlarından söhbət açıb, Nəsimin “Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov kitabın tərtibatçısı Püstə Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli, şair Sultan Mərzili və başqaları mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsindən danışıblar.

Moskva Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin tələbələri Nəsiminin fəlsəfi dünyasından söz açıb, şairin əsərlərini oxuyublar.

İnstitutun tələbəsi Anna Danilova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi poeziyası insan qəlbində sözə, sənətə ehtiram, özünün özünə hörmət, insanlara sonsuz sevgi hissləri oyadır: “ Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim üçün Nəsimi poeziya peyğəmbəridir. Mən onu dahi rus şairi Puşkinlə müqayisə edə bilərəm. Düşünürəm ki, “Nəsimi ili” sülh və əminamanlıq ili olmalı, dahi şairin bəşəriyyətə ünvanlandığı fikirləri əks etdirməlidir”.

Tədbirdə “Katyuşa” teatr məktəbinin üzvü Ruslan Əkbərov Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edib. Məktəbin rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
20/01/2020 [09:00]:
20 Yanvar faciəsindən 30 il ötür
19/01/2020 [23:59]:
Azərbaycan yığması hazırlığa başlayıb
19/01/2020 [22:33]:
Şimali Koreyanın XİN rəhbəri dəyişdi
19/01/2020 [21:43]:
Lordlar Palatası Londondan Yorka köçürülə bilər
19/01/2020 [20:44]:
İran portalı Bakı haqqında məqalə yayıb
19/01/2020 [19:46]:
Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib
19/01/2020 [18:34]:
Bir həftə ərzində 163 nəfər həlak olub
19/01/2020 [18:07]:
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
19/01/2020 [18:05]:
Seçicilərin elektron kabineti olacaq - Seçki prosesində yenilik
19/01/2020 [18:02]:
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
19/01/2020 [17:21]:
Dünyanın ən zəngin insanlarının siyahısına yeni şəxs liderlik edir
19/01/2020 [16:44]:
AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
19/01/2020 [15:24]:
Parisdə "sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin