Əli Əsədov: "Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm"

08/10/2019 [12:55] - Gündəm (153)



“Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm".

İstiqlal.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin plenar iclasında çıxışında bildirib.

Ə. Əsədov deyib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib: "Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib. Ə.Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolunu keçməkdədir: “Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezdentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub. Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi” Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəlib. Ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmət ilə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [23:59]:
Çexiya Senatının sədri vəfat edib
20/01/2020 [22:26]:
Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"
20/01/2020 [21:36]:
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
20/01/2020 [20:50]:
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
20/01/2020 [19:55]:
Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb
20/01/2020 [18:48]:
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
20/01/2020 [17:35]:
Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
20/01/2020 [16:57]:
Fransa səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
20/01/2020 [16:51]:
"Liviya hərbi komitəsinin yaxın günlərdə Cenevrədə iclası keçiriləcək"
20/01/2020 [15:23]:
Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [14:48]:
Boris Conson: "Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz"
20/01/2020 [14:30]:
ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
20/01/2020 [14:17]:
Quba sakinindən qanunsuz silah götürülüb
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin