Xüsusi ərazilərin qorunması necə tənzimlənir?

07/10/2019 [11:53] - Gündəm (297)



Bütün dünyada strateji əhəmiyyətə malik obyektlər, ərazilər xüsusi formada mühafizə olunur. Azərbaycanda dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin siyahısına dövlət əhəmiyyətli, həmçinin tarixi binalar, memarlıq kompleksləri və digər obyektlər daxildir. Eyni zamanda, ixrac neft və qaz boru kəmərləri və onların infrastruktur obyektləri bu siyahıya şamil olunur. Bu obyektlərin təhlükəsizliyinin qorunması vacibdir.

Bir çox ixrac boru kəmərləri və onların infrastruktur obyektləri, mədən əraziləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansındadır. SOCAR-ın daimi istifadəsində olan mədən ərazilərinin, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq ayrılmış kontrakt sahələrinin cəmi 6 004,22 kv. km təşkil edir.

Bəs həmin ərazilər necə qorunur?

Vəkillər Kollegiyasının Vəkillərin intizam komissiyasının sədr müavini İlhamə Həsənova bildirir ki, ixrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması barədə Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları var: "Həmin qaydalarda göstərilib ki, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur. Su hövzələrində isə sahilboyu hər tərəfdən 25 metr mühafizə zonası müəyyən edilir. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan olunub. Bu işlər aparılarsa, müvafiq razılıq olmalıdır”.

Bəs bu qaydalar pozularsa məsuliyyəti kim daşıyır?

Vəkil bildirib ki, əgər hüquqi və fiziki şəxslər tərəfindən bu neft boru kəmərlərindən mühafizə qaydaları pozularsa, bu inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur: "İnzibati məsuliyyətə cəlbolunma İnzibati Xətalar Məcəlləsinin 342 maddəsinə əsasən tənzimlənir. Həmin maddədə göstərilir ki, xüsusi qaydada mühafizə olunan torpaq sahəsindən istifadənin pozulmasına görə məsuliyyət var. Vətəndaşlar bilməlidirlər ki, hər hansı fiziki şəxs bu qaydaları pozursa, məsələn, mühafizə zonasında kənd təsərrüfatı işləri aparırsa, onda o, 400 manatdan 600 manata qədər cərimə oluna bilər. Hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunur”.

Vəkil qeyd edib ki, cinayət məsuliyyəti isə o vaxt yaranır ki, həmin o mühafizə olunan sahələrdə tikinti işləri aparılır: "Məsələn, mühafizə olunmuş sahədə ev tikilirsə, yaxud orada hər hansı tikinti işləri aparılırsa, artıq 322-2 maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə cəzası var. Yəni minimum cəza 2 ilədək islah işləri, maksimum cəza 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Lakin eyni əməllər ağır nəticələrə səbəb olursa, məsələn, mühafizə zonasında hər hansı tikinti işi aparılırsa, həmin o boru kəmərinə ziyan dəyir və ya digər ağır nəticələrə səbəb olursa, bu da artıq 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir”.

Lakin buna baxmayaraq, mədən ərazilərində, eyni zamanda boru kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri aparılır.  Son onilliklər ərzində SOCAR-ın istifadəsində olan ərazinin təxminən 3 faizi zəbt olunub.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, təhlükəsizlik zonasında tikinti işlərinin aparılması yolverilməzdir. O bildirib ki, bu məsələdə yerli icra hakimiyyət orqanları, bələdiyyələr məsuliyyət daşıyır və vətəndaşlar diqqətli olmalıdırlar.

Ərazilər zəbt edildikdə hansı addımlar atılır?

Zəbt halları və qanunsuz tikinti işlərinin aparılması SOCAR tərəfindən aşkar olunduqda, bu barədə dərhal qanuna uyğun olaraq müvafiq dövlət qurumlarına məlumat verilir. Bundan başqa, əgər tikinti başa çatıbsa, bu zaman özbaşına tikilinin sökülməsi iddiası ilə bağlı şirkət tərəfindən müvafiq məhkəmələrə iddia ilə müraciət olunur. İndiyədək Sabunçu rayonu üzrə 6 500-dən çox, Səbail rayonu üzrə 2 000-dən çox, Nizami rayonu üzrə 200-ə yaxın, Xətai rayonu üzrə 500-dək, Binəqədi rayonu üzrə 10 000-dən artıq olmaqla ümumilikdə 20 000-dən çox iddia SOCAR tərəfindən müvafiq məhkəmələrə təqdim edilib.

"MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, SOCAR balansındakı aktiv istifadə etdiyi torpaqlarda tikinti işlərinin aparılmasına icazə verməməkdə və müvafiq addımlar atmaqda haqlıdır.


Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin