Açıq Hökumətin Milli Fəaliyyət Planı ilə bağlı QHT-lərin təklifləri müzakirə olunub

04/10/2019 [17:42] - Cəmiyyət (67)



Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında bu vaxta qədər QHT nümayəndələri və dövlət qurumlarının əməkdaşlarının irəli sürdükləri, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Açıq Hökumət Platformasına təqdim olunan təkliflər müzakirə edilib.

İstiqlal.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətində, 20 sentyabr 2019-cu il tarixdə keçirilən iclasda AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin rəisi Kamal Cəfərov, İşçi Qrup üzvü dövlət qurumları nümayəndələri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, digər QHT təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Katibliyinin rəisi Kamal Cəfərov dövlət qurumlarında mövcud daxili nəzarət şöbələri tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi indikatorlaının hazırlanmasının labüd olduğunu bildirib. O, həmçinin dövlət qulluqçuları üçün korrupsiya ilə bağlı ixtisasartırma kurslarının keçirilməsinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev Milli Fəaliyyət Planı əsas götürülməklə bütün dövlət qurumlarının illik fəaliyyət planı hazırlamalarının vacibliyini diqqətə çatdırıb. Ə.Nuriyev fəaliyyət planının hazırlanması ilə bağlı fikir bildirərək, 10 oktyabr tarixinə yekun sənədin layihəsinin hazırlanması və daha sonra geniş müzakirələr aparılmasının zəruriliyini vurğulayıb.

Müzakirələrdə irəli sürülən təkliflər bir daha nəzərdən keçirilib, QHT təmsilçiləri və dövlət qurumlarının rəyləri səsləndirilib. Hər bir təkliflə bağlı gözləntilər, risklər, mümkün nəticələr barədə fikir mübadiləsi aparılıb.

K.Cəfərov qeyd edib ki, QHT-lərdən həm Milli Fəaliyyət Planının strukturu, həm də məzmunu, istiqamətlər, konkret tədbirlərlə bağlı daxil olan təkliflər bir daha nəzərdən keçiriləcək və nəzərə alınacaq. Ə.Nuriyev QHT-lərin bu prosesdə fəal olmasının vacibliyini qeyd edib və vətəndaş cəmiyyətini müzakirələrdə aktiv iştirak etməyə çağırıb.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
14/11/2019 [12:22]:
Türkiyə yığması vacib matçdan öncə ciddi itki ilə üzləşib
14/11/2019 [11:55]:
Prezident “Heydər Əliyev” ordenini Allahşükür Paşazadəyə təqdim edib
14/11/2019 [11:39]:
Bakıda azyaşlını maşın vurub
14/11/2019 [11:32]:
Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir
14/11/2019 [11:16]:
Orta aylıq nominal əməkhaqqı 723,4 manat olub
14/11/2019 [10:42]:
Avrozonada sənaye istehsalı artmaqda davam edir
14/11/2019 [10:00]:
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb
14/11/2019 [09:30]:
Dünya dini liderlərinin II Bakı Sammiti başlayır - Bu gün
13/11/2019 [23:59]:
“Sevgi şərbəti” operasının tamaşası olacaq
13/11/2019 [22:30]:
Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var
13/11/2019 [21:40]:
Gəncədə mikroavtobus piyadanı vurub
13/11/2019 [20:40]:
İtaliya və Almaniya Avropa İttifaqını miqrantların paylaşdırılması paktına qoşulmağa çağırır
13/11/2019 [19:12]:
Avtomobil idxalına gömrük rüsumlarının tətbiqi təxirə salınacaq
13/11/2019 [18:27]:
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
13/11/2019 [17:34]:
Paşinyan: "Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”
13/11/2019 [16:44]:
Gimnast məşq zamanı dünyasını dəyişib
13/11/2019 [16:18]:
Dünyanın ən məşhur robotları Bakıya gələcək
13/11/2019 [16:07]:
Prezident İlham Əliyev Cavid Qurbanovu qəbul edib
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
BƏƏ naziri Bakıya gəlir
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Maddi sıxıntısı olan 22 yaşlı tələbə özünü yandırdı
Sürücülər “qara sevdası”na görə cərimələnəcəkmi?
Səfirlik: “Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin