Qırğızıstanlı insan hüquqları müdafiəçisi Qaçqınların himayəsi üzrə Nansen mükafatını qazanıb

02/10/2019 [12:41] - Dünya (560)



Qırğız Respublikasının dünyanın vətəndaşsızlığa son qoyan ilk ölkəsinə çevrilməsinə öz işi ilə dəstək vermiş qırğızıstanlı hüquqşünas BMT-nin Qaçqınlar üzrə Agentliyinin 2019-cu il üçün Qaçqınların himayəsi üzrə Nansen mükafatının qalibi seçilib. 

İstiqlal.az xəbər verir ki, özünün "Fərqanə vadisinin sərhədsiz hüquqşünasları" (FVSH) təşkilatı vasitəsilə Azizbek Aşurov Sovet İttifaqının dağılmasından sonra vətəndaşlığı olmayan şəxslərə çevrilən 10 mindən artıq insana Qırğızıstan vətəndaşlığı almaqda köməklik edib. Onların arasında 2 minə yaxın uşaq indi təhsil hüququ və gələcəkdə səfərə çıxmaq, nikaha daxil olmaq və işləmək azadlığı əldə edib. 

Vətəndaşsızlıq dünyada milyonlarla insana təsir göstərərək onları qanuni hüquqlarından və ya zəruri xidmətlərdən məhrum edir, siyasi və iqtisadi cəhətdən marginallaşdırır, ayrı-seçkiliyə məruz qoyur, eləcə də istismar və sui-istifadə halları qarşısında xüsusilə müdafiəsiz vəziyyətə salır. 
“Azizbek Aşurovun tarixçəsi şəxsi qətiyyətin və inadkarlığın böyük bir nümunəsidir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib: “Onun Qırğızıstanda vətəndaşsızlığın aradan qaldırılması (buna Qırğızıstan hökuməti və ölkədəki digər subyektlərlə tərəfdaşlıq vasitəsilə nail olunub) işinə sadiqliyi, bir şəxsin insanları kollektiv hərəkətlərə ruhlandırmağa və səfərbər etməyə qadir olmasının bariz nümunəsidir”. 
Daxili sərhədlərin olmadığı Sovet İttifaqının vətəndaşları olaraq insanlar Mərkəzi Asiya ərazisində səfərlər edir, yaşayış yeri əldə edir və nikaha daxil olurdular. 1991-ci ildə SSRİ dağıldıqdan və yeni dövlətlər yaradıqdan sonra yenidən müəyyənləşdirilmiş sərhədlər boyunca məskunlaşan bir çox insanlar çətin vəziyyətə düşdülər. Çox zaman onlar hazırda etibarsız sayılan sovet pasportuna malik olur, yaxud harada doğulduqlarını sübut etmək imkanına malik olmurdular. Bu, Qırğızıstan da daxil olmaqla bütün bu regionda yüz minlərlə insanı vətəndaşsızlıq durumuna saldı. 

Qadınlar bu vəziyyətin çətinliklərinə nisbətən daha çox məruz qalırdı. Sovet İttifaqının dağılmasından və yeni sərhədlərin yaradılmasından əvvəl nikaha daxil olduqda və öz respublikalarından kənarda məskunlaşdıqdan sonra onlar bir çox hallarda sonradan vətəndaşlığa malik olmurdu. Vətəndaşlığın vərəsəlik qaydasında ötürülməsini nəzərdə tutan qanunlar nəticəsində, onların vətəndaşlığı olmayan şəxs statusu övladlarına ötürülürdü. Ölkənin dağılması nəticəsində ailəsinin Özbəkistandan qayıtdıqdan sonra vətəndaşlıq əldə etməkdə çətin təcrübəsindən ilhamlanan Aşurov 2003-cü ildə Qırğızıstanın cənub hissəsində müdafiəsiz durumda olan didərginlərə, vətəndaşlığı olmayan şəxslərə və sənədləri olmayanlara pulsuz hüquqi yardım və kömək təklif edən FVSH-nin təsis edilməsinə yardım göstərib. 
“Mən ədalətsizlik görəndə dözə bilmirəm. Vətəndaşsızlıq ədalətsizlikdir. Vətəndaşlığı olmayan şəxs heç bir dövlət tərəfindən tanınmır. Onlar kabus kimidirlər. Fiziki cəhətdən mövcuddurlar, amma sənədlərdə mövcud deyillər. Vətəndaşsızlıq hallarının azaldılmasında bizim rolumuz insanların özlərinin edə bilmədiklərini etməkdə onlara yardım göstərməkdən ibarətdir. Biz onlara vətəndaşlıq vermirik, doğulduqları andan malik olduqları hüququ onlara qaytarırıq. Mən anladım ki, bu iş təhsilli hüquqşünas olaraq mənim üçün çətindirsə, təsəvvür edin ki, adi insan üçün nə qədər çətin ola bilər” – Aşurov bildirib. 
Vətəndaşlıq məsələlərində köməklik üçün FVSH-yə getdikcə daha çox insan müraciət etdiyinə görə o, təşkilatın istiqamətini vətəndaşsızlıq məsələlərinə yönəldərək ilk dəfə bütün ölkə üzrə bu cür halları müəyyənləşdirmək və bu dağıdıcı problemi birdəfəlik həll etmək üçün digərləri ilə birlikdə işləyib. 


FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin