Bu ilin sentyabrın 1-nə Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1,904 mlrd. manat təşkil edib ki, bu göstərici son bir ayda 13,5% azalıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi ilin əvvəlindən 3,7%, son bir ildə isə 25,5% artıb.
Cari ilin sentyabrın 1-nə debet və kredit kartları ilə 13,678 mln. əməliyyat aparılıb. Bu göstərici son bir ay ərzində 8% azalsa da, ilin əvvəli ilə müqayisədə 17%, son bir ildə isə 39,2% artıb.
Ümumiyyətlə, sentyabrın 1-nə ölkədə 7,209 mln. ədəd ödəniş kartı olub ki, bu da illik müqayisədə 15,8% çoxdur.