Estoniyanın www.elamusreisid.ee portalında Azərbaycanın turizm potensialı barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə estoniyalı turistlərə ölkəmizin dilbər guşələri haqqında məlumat verilir. Həmçinin yazıda milli mətbəx nümunələrimiz haqqında da məlumatlar yer alıb.
Yazıda Estoniya vətəndaşları üçün gərəkli olacaq viza və digər hüquqi proseduralar da izah edilir.