SOCAR: “Əlillərə qarşı heç bir zorakılıq tətbiq edilməyib"

30/09/2019 [14:50] - Gündəm (129)



Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

Şirkətdən Yenicag.az-a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.

“Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”,- açıqlamada qeyd edilib.

Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: “Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar”.

Hazırda baş vermis insidentlə bağlı hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
22/01/2020 [12:06]:
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib
22/01/2020 [11:49]:
Əsas kapitala yönəldilmiş məbləğin miqdarı açıqlanıb
22/01/2020 [11:19]:
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
22/01/2020 [11:19]:
Neft hasilatı 3% azalıb, qaz hasilatı isə 28% artıb
22/01/2020 [10:44]:
Məktəblərdə qış tətili nə zaman başlayır?
22/01/2020 [10:00]:
Premyer Liqamız 14 pillə irəlilədi
22/01/2020 [02:12]:
Azərbaycan Prezidenti Pakistanın Baş Naziri ilə görüşüb
22/01/2020 [00:14]:
28 dairənin “dövlət kimi” deputatı
21/01/2020 [23:59]:
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10,4 milyard kubmetr təbii qaz göndərilib
21/01/2020 [23:42]:
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
21/01/2020 [23:26]:
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
21/01/2020 [22:43]:
Azərbaycanda çalışan həkimlərin sayı açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin