İlham Əliyev: “Jak Şirak məni rəsmi səfərə dəvət edən ilk dövlət başçısı olub”

27/09/2019 [13:21] - Gündəm (198)



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Fransanın ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.

Istiqlal.az xəbər verir ki, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdılar.

Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi: Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Səfir Zakari QROS dedi: Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [22:26]:
Qəbələdə yanğın olub
22/01/2020 [21:40]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:32]:
Tramp impiçment prosesini oyunbazlıq adlandırıb
22/01/2020 [20:56]:
İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi
22/01/2020 [20:52]:
İlk dəfə qadın prezident seçilib
22/01/2020 [20:20]:
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [19:40]:
Xeyli miqdarda papiros müsadirə edilib
22/01/2020 [18:41]:
Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək
22/01/2020 [17:43]:
Sahibsiz heyvanlarla bağlı xeyriyyə tədbiri keçirilib
22/01/2020 [17:29]:
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [17:26]:
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
22/01/2020 [12:06]:
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin