Fəsil dəyişikliyinin yaratdığı narahatlıqlar

26/09/2019 [17:00] - Gündəm (47)



Payız kiməsə romantik, kiməsə gərgin təsir bağışlayan bir fəsildir. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depressiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradır.

Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Dəyişkən hava şəraiti bəzən onlarda həm psixoloji fəsadlar, həm də xəstəliklərlə müşahidə edilir. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv hallar müşahidə edildiyini söyləyirlər. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Könül Məmmədova deyib: "Bir qədər fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə həmin hal daha tez müşahidə olunur. Payız depressiyasına düşən insanlar daha çox həyəcanlı, yatmağa meyilli olur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meyilli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar.

Bundan başqa, hava dəyişikliyi də depressiyaya şərait yaradır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Xəstəliklərin depressiyası payızda özünü göstərir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur. Ona görə də ilk növbədə, fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq heç olmasa 1 saata qədər təmiz havada gəzmək lazımdır".

Həkim-terapevt Solmaz Musayevanın dediyinə görə, hamilə qadınlar, azyaşlı uşaqlar və yaşı 50-dən yuxarı olanlarda fəsil dəyişikliyi müəyyən əlamətlərlə özünü göstərir: "Beş-altı yaşlı uşaqları həmin dövrdə fiziki və emosional yükdən azad etmək lazımdır. 11-14 yaşlı uşaqlarda bədəndə hormonal dəyişiklik getdiyindən onları fiziki cəhətdən yükləmək məsləhət görülmür. Həmin dövrdə ən çox narahatlığı dərman qəbul edən xəstələr keçirirlər. İqlim dəyişikliyi zamanı onlarda təzyiq qalxmaları müşahidə edilir və onlar çox vaxt yanlış olaraq dərman qəbulunu və miqdarını artırırlar. Həmin xəstələrin həkimə üz tutmağı məsləhətdir, narahatlıq iqlim dəyişikliyi ilə əlaqədardırsa, sakitləşdirici dərmanların qəbul edilməsi məsləhət görülür, çünki fəslə uyğunlaşma birbaşa sinir sistemi ilə əlaqədar olur. Təzyiq oynaması da əsasən onlarda sinir sisteminin təsiri ilə baş verir". (azərtac)
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin