Prezident İlham Əliyev bu gün Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.
İstiqlal.az xəbər verir ki, bundan başqa, Azərbaycan Prezidenti bu gün Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikasın etimadnaməsini də qəbul edib.
Dövlət başçısı həmçinin, Xorvatiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)