Məleykə Abbaszadə: "Biz yeni ideyaların yaranmasında, çox maraqlıyıq”

23/09/2019 [14:34] - Gündəm (511)



"Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) məqsədi təhsilin qiymətləndirilməsi sahəsində elm və təcrübənin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarətdir".

APA-nın məlumatına görə, bunu Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransında (IAEA 2019) çıxış edən IAEA prezidenti Rendi Bennett bildirib.

Onun sözlərinə görə, tədbirə ev sahibliyi edən Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirməsi üçün səylə çalışıb: "IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir. Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur".

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini qeyd edərək bildirib ki, əvvəlki tədbirdən artıq 12 il keçib: "Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz, təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür. Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik. Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransa dəvət etdik. Onlar qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır".

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu paneli də builki proqrama daxil edilib: "Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq. Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq”.
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin