Bu gün IAEA 2019 çərçivəsində konfrans öncəsi praktik məşğələlər keçiriləcək

22/09/2019 [19:36] - Gündəm (707)



Dövlət İmtahan Mərkəzi sentyabrın 22-dən 27-dək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransını (IAEA 2019) təşkil edəcək.

DİM-dən  verilən məlumata görə, builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunur.

Məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq.

Bu məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer və qiymətləndirmə sahəsində digər alimlərin, tədqiqatçıların, həmçinin yerli mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 23-də saat 9:00-da "Fairmont Baku" otelində keçiriləcək. Daha sonra konfrans otelin müxtəlif zallarında bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçirilək.

Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.

IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.

IAEA 2019-da Azərbaycanla birgə 55 ölkədən 300-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

Məlumatın hazırlanmasında konfransın rəsmi media tərəfdaşı AZƏRTAC-ın materiallarından istifadə olunub.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin