Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

21/09/2019 [15:54] - Mədəniyyət (359)



Şəhər və rayonlarda əhali ilə müntəzəm keçirilən görüşlər bir çox məsələlərin operativ şəkildə həll olunması baxımından yaxşı təcrübədir.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, nazir Əbülfəs Qarayev bu sözləri sentyabrın 20-də Naftalan şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib. O, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: “Regional idarəçilik bizə imkan verir ki, yerlərdə mədəniyyət sahəsinin inkişafını təmin edək, bu istiqamətdə daha çox iş görək. Naftalanda Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana üçün gözəl şərait yaradılıb. Artıq insanlar burada göstərilən mədəni xidmətlərdən daha rahat şəraitdə yararlana bilərlər”.

Nazir qəbulda qaldırılan məsələlərin öz həllini tapacağını bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu müsabiqəsi yekunlaşıb və 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib. Boş qalan yerlərə isə yeni müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bölgədə yerləşən mədəniyyət müəssisələrinin nəzdində əl işləri və suvenirlər hazırlanması üzrə dərnəklər yaradılmasına da dəstək göstəriləcək. Tarixi abidələrin vəziyyəti ilə bağlı müraciətlər diqqətdə saxlanılacaq.

Əbülfəs Qarayev “Sınıq körpü”də aparılan təmir-bərpa işlərindən bəhs edərək deyib ki, orada işlər nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislərin iştirakı ilə aparılır. Təmir-bərpa işlərinin bu ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Nazir Gəncə Dövlət Dram Teatrında tikinti işlərinin gələn mövsümə kimi başa çatacağının gözlənildiyini deyib.

Qeyd edək ki, Əbülfəs Qarayev Naftalan şəhərində qəbuldan sonra Gəncə şəhərinə gələrək bir sıra mədəniyyət müəssisələrin fəaliyyəti ilə də tanış olub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gələn nazirə bu mədəniyyət müəssisəsinin fəaliyyəti, təşkil olunan konsertlər haqqında məlumat verilib. Nazir burada Gəncə Dövlət Kamera Orkestrinin, yeni yaradılmış “Xəmsə” estrada ansamblının məşqlərinə baxıb.

Əbülfəs Qarayev Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Ona muzeyin fəaliyyəti və açıq səma altında ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Nazir, həmçinin XIX əsr “Hüseyniyyə” tarix-memarlıq abidəsini və Mirzə Şəfi Vazeh muzeyini ziyarət edib.

Əbülfəs Qarayev daha sonra Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq musiqi məktəbində olub. Məlumat verilib ki, məktəbin yerləşdiyi bina 1903-cü ildə inşa olunub. 1959-cu ildən məktəb bu binada fəaliyyət göstərir. Binanın əsaslı təmir-bərpasına böyük ehtiyac var. Nazir bu məsələyə baxılacağını bildirib.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin