Nazir Naftalan şəhəri və Samux rayonunda qəbul keçirib

20/09/2019 [18:49] - Mədəniyyət (187)



Sentyabrın 20-də Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan şəhərində Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşlarla görüşüb.

Məlumata görə, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə şəhəri və Kəlbəcər rayonundan, nazir müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl yeni təmir-bərpa olunmuş Naftalan şəhər Mədəniyyət Mərkəzi, şəhər Tarix-Diyarşünaslıq Muzeyi və Nizami Gəncəvi adına Mərkəzi Kitabxana ilə tanış olub. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımları diqqətə çatdırıb. Hərbi hissələrlə sıx əməkdaşlıq, hərbi hissələrdə konsert proqramlarının və səyyar kitabxanaların təşkil olunmasının vacibliyi vurğulanıb. Nazir həmçinin bölgəyə gələn turistlərin mədəniyyət müəssisələrinin göstərdiyi xidmətlərdən yararlanması, istirahət mərkəzlərində səyyar kitabxanaların təşkil olunması və digər bu kimi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

Naftalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda şəhər sakinləri tərəfindən Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması və digər məsələlər haqqında xahiş və təkliflər səsləndirilib.

Həmçinin Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, Samux rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, rayon Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilmişi, işlə təmin olunma barədə müraciətlər olub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Gəncədə keçirdiyi qəbulda Gəncə şəhər Tarix-Diyarşünaslıq Muzeyinin təmir olunması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni nəşr olunmuş kitabların verilməsi, Kəlbəcər rayon Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, fəxri adların  verilməsi və işlə təmin olunma ilə bağlı müraciətlər səsləndirilib.

Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Goranboy sakinlərinin müraciətləri rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş əşyaların Tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayonda yerləşən türbələr kompleksinin təmir-bərpası, folklor qrupunun milli geyimlərlə təminatı, “Faxralı” xalçalarının qədim nümunələrinin eskizlərinin əldə olunması barədə olub. Həmçinin Xocalı sakinlərinin məskunlaşdığı Aşağı Ağca kənd qəsəbəsində Mədəniyyət mərkəzinin yaradılması, Xocalı şəhər Uşaq musiqi məktəbində saz sinfinin açılması, işlə təmin olunma barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin