Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq

20/09/2019 [13:31] - Gündəm (256)



Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, məşğul şəxslər barədə reyestrin formalaşdırılması, aparılması və digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr vahid informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir.

Məşğul şəxslərə dair məlumatlar reyestrə aşağıdakı tələblər nəzərə alınmaqla daxil edilir:

- muzdla işləyənlər barədə - Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) məlumatları əsasında;

- Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - həmin orqanlar tərəfindən onları işə qəbul etdikləri (götürdükləri) gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər və sahibkarlar barədə - Vergilər Nazirliyinin apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən kağız daşıyıcılarda:

- reyestrin fəaliyyətə başladığı tarixə kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları həmin tarixdən sonra 1  ay müddətində;

- reyestrin fəaliyyətə başladığı tarixdən sonra kənd təsərrüfatına yararlı torpaq payı əldə edən məşğul şəxslər barədə məlumatları daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydiyyata alındığı tarixdən sonra 1 ay müddətində;

- Ailə kəndli təsərrüfatının üzvləri barədə - onların uçotunu aparan yerli özünüidarəetmə orqanları tərəfindən uçota alındıqları gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər barədə - onların seçilməsi, təyin və ya təsdiq edilməsinə dair hüquqi aktları qəbul etmiş orqanların həmin hüquqi aktların qəbul edildiyi tarixdən ən geci 1 ay müddətində bu barədə kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər barədə - onları işə (xidmətə) qəbul edən orqanlar tərəfindən onların işə (xidmətə) qəbul edildikləri gündən ən geci 1 ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında, “Dövlət sirri haqqında”,

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunların tələbləri nəzərə alınmaqla;

- ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə - Təhsil Nazirliyi tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan elektron informasiya sisteminin məlumatları əsasında;

-  Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə - Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinə uyğun olaraq əldə edilən məlumatları əldə etdikləri tarixdən ən geci 1  ay müddətində kağız daşıyıcılarda təqdim edilən məlumatlar əsasında.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reyestri yaratmaq məqsədilə MEİS-də bu Qaydada göstərilən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə reyestri elektron formada aparır.

Reyestrin məlumatlarından fərdi məlumatların mühafizəsinə dair tələblər nəzərə alınmaqla istifadə olunur. Reyestrdə olan məlumatlardan istifadə etmək üçün dövlət və bələdiyyə orqanları və qurumları, idarə, müəssisə və təşkilatlar, elmi müəssisə və təşkilatlar və digər hüquqi və fiziki şəxslər nazirliyə əsaslandırılmış sorğu ilə müraciət edə bilərlər. Fiziki şəxslər reyestrdə yalnız özləri ilə bağlı məlumatları sorğu edə bilərlər.

Sorğu edilmiş məlumat və ya həmin məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab sorğunun daxil olduğu tarixdən 5 iş günü müddətində nazirlik tərəfindən verilməlidir.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin