Azərbaycanın idxal-ixracında əsas məhsullar və tərəfdaş ölkələr hansılardır?

20/09/2019 [10:20] - İqtisadiyyat (273)



2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 499,1 milyon dollar, idxalın dəyəri 8 milyard 433,7 milyon dollar təşkil edib, nəticədə 3 milyard 065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.

İxracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artıb, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalıb.

2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyul aylarında buğda idxalı 9,2 faiz, təzə meyvə – 5,1 faiz, xam şəkər və şəkər – 1,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, kartof – 14,1 faiz, quş əti və onun əlavə məhsulları – 14,7 faiz, mal əti – 14,7 faiz, təzə tərəvəz – 39,7 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 21,2 faiz, mineral gübrələr – 18,6 faiz, hesablama maşınları, blok və qurğuları – 29,2 faiz, rezin şinlər – 10,1 faiz, məişət kondisionerləri – 1,8 dəfə, mebellər – 6,1 faiz, polietilen – 21,7 faiz, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 11,9 faiz, avtobuslar – 2,0 dəfə artıb, bitki yağı idxalı isə 5,5 faiz, siqaret – 44,5 faiz, çay – 1,5 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 11,6 faiz, sement və sement klinkerləri – 20,9 faiz, məişət soyuducuları – 19,4 faiz azalıb.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin