Azərbaycan Mərkəzi Bankı 20 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8799 manat təşkil edir.
1 türk lirəsi 0,2973 manat, 1 rus rublu 0,0265 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5718 manatdır.