Fuad Qəhrəmanlının qızı: "Hamısını özüm yazmışam"

19/09/2019 [20:08] - Gündəm (100)



AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur profilində yayımladığı yazının özünə məxsus olduğunu videogörüntü ilə təsdiqləyib.

İstiqlal.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl canlı yayıma çıxan Selcan Yağmur atası haqda yazılanların müəllifinin özü olduğunu qeyd edib: “İddialar var ki, profilim oğurlanıb, yalandır. Hamısını özüm yazmışam, heç bir təzyiq-filan da olmayıb, sırf şəxsi qərarımdır. Hətta yazını bir neçə dəfə yazıb pozub sonra yazıb yayımlamışam”.

Selcan Yağmur bu gün atasının ailədə şiddət sərgiləməsinə etiraz əlaməti olaraq ondan imtina etdiyini bəyan edib. F.Qəhrəmanlı isə qızının profilinin oğurlandığını, bəyanatı başqasının yazdığını bildirib.

Xatırladaq ki, Selcan Yağmur atası barədə sensasiyalı bəyanatla çıxış edib.

“Facebook” səhifəsində insanların başına gəlmiş təcavüz, qısnama, zorakılıq anlarını paylaşdığı #Mən də (#MeToo) kampaniyasına qoşulan gənc aktivist Selcan yazıda atasının onun və anasının başına gətirdiklərini, siyasi lider və aktivistlərin onlara dəstək olmamasını qeyd edib və atasından imtina etdiyini vurğulayıb:

“Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. İçində böyüdüyüm qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir. Bir də onu bilirəm ki, bu yazıya görə hətta, proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”, çünki, atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan.

Məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta, qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındıran, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.

Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var.Sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “Facebookda mənimlə şəkil yayın” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası… – bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.

Bütün bunlar sirr deyil əslində. Qulaqdan dolma nə qədər adam bilir “ailəmizdə” olanları. Anamdan qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik “qapıya dəymişəm” cavabını 3-cü dəfədən artıq eşidəndə mövzunun nə olduğunu anlayıblar. Hətta, bəziləri direkt mövzunun içində olub. Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.

Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə “sən də az deyilsən də Zümrüd, dilinə yiyə dur” kimi bir şey dediyini özü də danmaz.

Hətta, Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”. Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az çörəyini verir? Sus otur da”.

Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı sağ yanında saxlayır. Bunu başa düşdüm, kadr yoxdur. Amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalan üzvlər də anama necə “yaxşı at özünə qamçı vurdurmaz”ı öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar. Hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar “Yağmur” soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki, o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla.

Uzun sözün qısası, 2009-dan bəri bu cür tükürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər… Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, “uşaqları səndən alacam” mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.

Amma bütün bunlardan əvvəl açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.

Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi sırf eyni müqəddəs qana filan sahibik deyə öz atamda bağışlayacaq deyiləm. Bəlkə də “tipik şərq ailəsi” dozundakı zorakılıq, şəxsi travmam olaraq qalardı. Amma bu, fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızının dizini sındırıb sonra “anan danışmasaydı, mən belə əsəbi olmazdım” deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımın üzərində ola bilməz. “Fuad Qəhrəmanlının qızı” kimi anılmaq istəmirəm, dirəşib məni “Qəhrəmanlı” çağırmalarını da istəmirəm”.

S. Yağmur statusda adı çəkilən, ittiham irəli sürdüyü şəxs, AXCP üzvü Səadət Cahangirin rəyinə cavab da yazıb.

Sözügedən bəyanatdan sonra F. Qəhrəmanlı “Facebook”da status yazaraq qızının profilinin oğurlandığını qeyd edib: “Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil”.

Məlumatı dəqiqləşdirmək üçün Qafqazinfo Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla əlaqə saxlayıb. Z.Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:

“Əvvəllər zəng edib mənim nə yeyib içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.

Qeyd edək ki, Selcan Yağmur bir neçə gün əvvəl ali təhsil almaq üçün Niderlanda gedib.
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin