“Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Narkotik vasitələrə və psixotrop maddələr olan meyilliliyin müəyyənləşdirilməsi və buna qarşı tədbirlərin təşkili” adlı layihə yekunlaşıb.
İstiqlal.az xəbər verir ki, üç ay müddətində icra olunan layihədə yuxarıda qeyd edilən mövzuya uyğun seminarlar təşkil edilib. 240 nəfərə yaxın gənc bu seminarlarda iştirak edib və sonda fəal iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.