Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin
lider mobil operatoru “Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi
vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini
genişləndirməyə davam edir. Umico bonus proqramının eksklüziv telekom
tərəfdaşı olan Azercell, adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq
imkanı yaradır. Sentyabr ayının 3-dən etibarən Umico istifadəçisi olan Azercell
fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə
artırmaqla, 0.7% məbləğində keşbək əldə edir. Bonuslar “MilliÖN” terminalları
və internet saytı, “Modenis”, “Expressbank”, “Smartpay” terminalları, “PaySis”,
“Goldenpay”, “Azerikard” internet saytları, “ABB” ATM-ləri, “Azərpoçt” şöbə və
filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.
Qeyd edək ki,
istifadəçilərə Umico-nun 500-dən çox
tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq və topladıqları
keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti
verilir. Azercell abunəçiləri toplanan bonusları Umico mobil tətbiqi
çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına
yükləyə bilərlər.
Məlumat üçün
vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından
etibarən Azercell Mağazalarından alınan smartfon və aksesuarlar üçün 3.5% və
7.5% dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda
alış-veriş zamanı xərclənə bilməsi olub.
AppStore və ya PlayStore-dan Umico mobil tətbiqini yükləyin və bu
fürsətdən yararlanmağa tələsin!