30 min ağacın əkilməsini nəzərdə tutulan ağacəkmə kampaniyasına start verilib

18/09/2019 [13:47] - Cəmiyyət (102)



BMTİP, SOCAR, BP Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ağac əkmə kampaniyası keçirir.

İstiqlal.az xəbər verir ki, gələn həftə keçiriləcək  BMT-nin İqlim Dəyişikliyinə dair Sammiti ərəfəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və BP şirkəti iqlim dəyişikliyi ilə mübarizə aparmaq və sənaye sektorlarının ətraf mühitə təsirini azaltmaq məqsədilə, ağacəkmə kampaniyasına dəstək üçün bir araya gəlib. ARDNŞ tərəfindən başladılan və 25 hektarlıq torpaq sahəsində 30000 ağacın əkilməsini nəzərdə tutan ağacəkmə kampaniyası Bakının ən az yaşıllığı olan, halbuki sənaye yükü olduqca çox olan qəsəbələrindən biri - Qaradağı yeni meşə massivinə çevirəcək.

Ağacəkmə kampaniyası ARDNŞ-in Tullantıları İdarəetmə Mərkəzində BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev, ARDNŞ-in ekologiya üzrə Vitse-prezidenti Rəfiqə Hüseynzadə və BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə Regional Prezidenti cənab Qari Consun iştirakı ilə keçirilib. Kritik ətraf mühit dəyişikliklərinin mənfi təsirlərinə zamanlı cavabın önəmini nəzərə alaraq, BMTİP-nin Azərbaycandakı missiyası, ARDNŞ və BP-nin Azərbaycan ofisinin rəhbərləri Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə səylərini, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsini və ölkənin alternativ və yenilənə bilən enerji potensialını müzakirə edib.

Ağacəkmə kampaniyası 20 sentyabr tarixində qeyd ediləcək Neftçilər Günü, eyni zamanda hasilat bölgüsü ilə bağlı tarixi sazişin – Azərbaycanı dünyanın strateji enerji mərkəzinə çevirən,  xarici neft şirkətləri konsorsiumu arasında bağlanan Əsrin Müqaviləsinin imzalanmasının 25 illiyi ərəfəsində keçirilir. 

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin