“Regionlarda Gender Bərabərliyi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı maarifləndirmə tədbirlərinin təşkili layihəsi yekunlaşıb.
İstiqlal.az xəbər verir ki, üç ay müddətində icra olunan layihədə yuxarıda qeyd edilən mövzuya uyğun seminarlar təşkil edilib. 200 nəfərə yaxın gənc bu seminarlarda iştirak edib və sonda fəal iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.