Azərbaycana 2 milyon manatlıq dərman preparatları gətirən yük avtomobilləri saxlanıb

17/09/2019 [23:57] - Gündəm (260)



Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

Komitədən  verilən məlumata görə, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq. Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib. Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq “Qırmızı Körpü” gömrük postuna gətirib. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin