Four Seasons Hotel Baku-ya yeni baş menecer təyin edilib

14/09/2019 [17:36] - İqtisadiyyat (197)



“Mən azərbaycanlıların qonaqpərvərliyini və isti münasibətlərini gəlişimin ilk anlarından hiss etdim və səbirsizliklə bu ölkənin mədəniyyət və insanları ilə yaxından tanış olmağı gözləyirəm”.

Bunu “Four Seasons Hotel Baku”ya yeni təyin olunan Baş menecer Bob Suri deyib. Sentyabrın birinci həftəsi bu otelin dörd ildən artıq Baş menecer olan Rikardo Acevedo (Ricardo Acevedo) əməkdaşlarla  vidalaşıblar. 40 il qonaqpərvərlik sahəsində çalışan R.Acevedo otelin açarını Bob Suriyə təhvil verib.

Bob Suri 28 illik qonaqpərvərlik təcrübəsinin 15 ilini “Four Seasons Hotels & Resorts”da əldə edib. Onun şirkətlə əməkdaşlığı Torontoda yerləşən aparıcı hoteldə Qida və İçki bölümündən başlayıb. Sonradan Bob “Four Seasons Whistler”də Qida və İçki bölümünün müdiri vəzifəsinə təyin olunub və beləliklə, Şimali Amerikanın xizək kurortunda mükəmməl servis standartlarının əsasını qoyub. 2008-ci ildə Bob “Four Seasons Hotel Damascus”da Qida və İçki bölümündə rəhbərlik etməklə Yaxın Şərqə köçüb, burada ərəb mədəniyyəti ilə tanış olub və zəngin təcrübə qazanıb. 2011-2014-cü illərdə o, “Four Seasons Resort Seychelles”ə Resort meneceri vəzifəsinə təyin olunub. Eyni zamanda, Bob Suri “Seychelles”də mərcan paylanması və çimərlik profilləşdirilməsi üçün unikal ekoloji təhsil təşəbbüsünə rəhbərlik edib.

O, “Four Seasons Bahrain” hotelinin fəaliyyətə başlamasına kömək edib. Bakıya köçməmişdən öncə Bob “Four Seasons Resort Dubai at Jumeirah Beach” hotelində Resort meneceri vəzifəsində çalışıb: “Mən həmişə bir hotelin saat kimi olduğuna inanmışam. Saatı arxadan açanda bizə dəqiq vaxtı göstərmək üçün birlikdə yorulmadan işləyən kiçik hissələri görmək olar. Düşünürəm ki, heç bir işçi digərlərindən daha önəmli deyil, biz hamımız birlikdə çalışırıq və qonaqlarımıza unudulmaz təcrübə yaşatmaq üçün əlimizdən gələni edirik”.

Yeddi ölkə və dörd qitəyə səyahətindən sonra Bob Suri “Four Seasons Hotel Baku”nun baş meneceri vəzifəsinə təyin edilib: “Mənim əsas məqsədim insanlara özləri olmağa kömək etmək və başqalarının fikir və mülahizələrindən qorxmadan nəyə qadir olduqlarını göstərməkdir. İnanıram ki, bu üsul hədəfimiz olan hər şeydə uğur əldə edə biləcəyimiz yeganə yoldur”.

Boş vaxtlarında Bob Suri kriket izləməyi və yemək bişirməyi sevir. Lakin daha çox həyat yoldaşı Sonya, oğlanlarıı Ruşil və Savar və təbii ki, ailələrinin ayrılmaz üzvü olan üç yaşlı itləri Cuddle ilə vaxt keçirməkdən zövq alır: ““Ailəm və xüsusilə 24 il evli olduğum həyat yoldaşımın dəstəyi və mənə inancları olmadan heç bir uğur qazana bilməzdim”.

DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
23/02/2020 [23:58]:
Vatikan “Holokost” dövründə hökm sürən Papa XII Piyin məxfi arxivlərini açır
23/02/2020 [22:34]:
XİN-dən Türkiyəyə başsağlığı
23/02/2020 [21:48]:
Tramp: “Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm”
23/02/2020 [21:05]:
Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatıb
23/02/2020 [20:45]:
Bu planetdə bir il 18 saatdır
23/02/2020 [19:44]:
ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
23/02/2020 [17:41]:
İcra başçısında koronavirus aşkarlanıb
23/02/2020 [16:50]:
Səudiyyə Ərəbistanı Krallığından növbəti dost yardımı
23/02/2020 [16:38]:
İranla gömrük-sərhəd keçid məntəqələrində məhdudiyyətlər tətbiq edilib
23/02/2020 [16:37]:
Kestutis Yankauskas: "Aİ Azərbaycan ilə “Yaşıl saziş” məsələsində birgə çalışmaq istəyir"
23/02/2020 [16:10]:
Yaponiyada İmperator Naruhitonun doğum günü qeyd edilir
23/02/2020 [15:41]:
İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı
23/02/2020 [14:34]:
UNESCO-da Beynəlxalq Ana Dili Günü Azərbaycan dili haqqında məlumat verilib
23/02/2020 [13:45]:
Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
23/02/2020 [13:14]:
“Bəzi futbolçular tapşırıqlarımı maksimum yerinə yetirmədilər”
23/02/2020 [12:55]:
Emmanuel Makron: “İdlibdəki situasiya Avropada yeni miqrasiya böhranı yaradacaq”
23/02/2020 [12:17]:
Koronavirus fəlakətinin miqyası böyüyür: İtaliyada 10 şəhər karantinə alındı
23/02/2020 [11:42]:
Məşhur bank müştərilərinə kələk gəldi - 3 milyard dollar cərimələndi
23/02/2020 [11:18]:
Əfqanıstan hökuməti Talibana qarşı əməliyyatları dayandırdı
23/02/2020 [10:39]:
Türkiyə Suriya ilə sərhədə ağır silah yerləşdirdi
23/02/2020 [10:00]:
Ərdoğan: “Biz öz yol xəritəmizi müəyyənləşdirdik”
22/02/2020 [23:59]:
Rusiya və Türkiyə Müdafiə nazirləri İdlibi müzakirə ediblər
22/02/2020 [22:52]:
Elmar Baxşıyev: "Optimal oyunumuzu hələ tapa bilmirik"
22/02/2020 [21:30]:
Mitinqlərdə 100-ə yaxın adam saxlanıldı
22/02/2020 [20:48]:
İlham Əliyev estoniyalı həmkarını təbrik edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
Pakistanın axtarışa verdiyi şəxs Bakı aeroportunda tutuldu
Neftçalanın həbs olunan İH başçısı kimdir və niyə həbs edilib?
Bakıda 32 yaşlı kişi dəm qazından boğulub
“Bakcell” beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
143 milyon manat aliment ödənilib
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb
Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin