Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib

16/09/2019 [17:19] - Cəmiyyət (519)



Təhsil nazirinin müavini LDU-da  yeni tələbə yataqxanasının və tədris  korpuslarının açılışında iştirak edib.

Respublika Təhsil Nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin ilk günü Lənkəranda bir neçə  təhsil müəssisəsinin açılış mərasimində iştirak edib. Açılış mərasimindən əvvəl  Azərbaycan xalqının ümummlili lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə təzə-tər çiçəklər düzüblüb.Şıxəkəran kəndində inşa olunmuş yeni tədris binasının açılışından sonra rəsmilər Lənkəran Dövlət Universitetində (LDU) tələbə yataqxanasının  və 2 yeni tədris binasının açılış mərasiminə qatılıblar.

Rayon rəsmilərinin,universitetin professor-müəllim-tələbə heyətinin, rayon ictimaiyyətinin nümayəndələrinin, valideynlərin iştirak etdiyi açılış mərasimini  LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov açaraq  iştirakçıları cari tədris ilinin başlanması, “Bilik Günü”, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə təbrik edib.Universitet rəsmisi 2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini LDU-nun həyatında əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki,bu,tədrisin keyfiyyətinin yüksəlməsinə,kadr hazırlığına müsbət təsir göstərəcək,digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq.Natiq İbrahimov qeyd edib ki, yeni tədris binalarının istifadəyə verilməsi fakültələrin ayrıca tədris korpusları ilə təmin olunmasına şərait yaradıb.Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını deyib, LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açıb, müəllimlər üçün xidməti evlərin inşa olunmasını, turizm tədris bazasının yaradılmasını,yeni modern laboratoriyaların alınmasını,2 tədris korpusunun və tələbə yataqxanasının istifadəyə verilməsini ölkədə təhsilə göstərilən qayğının əməli nəticəsi adlandırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında  “Bilik Günü” və tələbə yataqxanası ,yeni tədris korpuslarının açılışı münasibətilə universitetin professor-müəllim heyyətini,tələbələri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb,bildirib ki,Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir,ölkə başçısı cənab İlham Əliyev təhsilə  inkişafın prioritet  istiqaməti kimi qayğısını əsirgəmir .Son 15 il ərzində 3200 yeni məktəb binasının  inşa olunması,ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.F.Qurbanov universitetdə tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək,bunun tələbələrin  mənzil-məşət şəraitinin yaxşılaşdıracağına müsbət təsir göstəcəyin deyib .48 tələbə yataqxanasından 27-də qaçqınların məskunlaşması, 13-nün təmirsiz olması səbəbindən hazırda ölkə üzrə cəmi 8 tələbə yataqxanası fəaliyyət göstərir ki, bu da narahatlıq doğurmaya bilməz.Ona görə də tikilən hər yeni yataqxana binası bu istiqamətdə atılan  mühüm addımdır.Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən F.Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.

Mərasimdə  Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov,   Lənkəran Dövlət Universitetinə yüksək balla  qəbul olunmuş tələbə Leyla Məmmədli,valideyn Qədim Abbasov  çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması, tələbə yataqxanası və yeni tədris korpuslarının açılışı münasibətilə  təbrik ediblər.

Qeyd edək ki,  bu ilki qəbulda respublika üzrə ən gənc tələbə -Miryusif Feyzullazadə  LDU-nun turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. 

Tədbirdə  ən gənc və ən  yüksək bal toplamış tələbələrə planşetlər hədiyyə olunub.

Daha sonra rəmzi qırmızı lent kəsilib.Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar tələbə yataqxanasında və yeni tədris korpuslarında yaradılmış şəraitlə  tanış olublar.Açılış mərasimlərindən sonra F.Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə dəyirmi stol arxasında görüş keçirib.Diskuyssiya şəraitində keçən görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib.

Məlumat üçün deyək  ki, 160 yerlik tələbə yataqxanasında tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb,otaqlar zəruri məişət avadanlıqları,fasiləsiz internetlə təmin olunub.Yataqxanada idman zalı,kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq.Yataqxana binasında  videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib.Tədris korpusları da müasir tədris avadanlıqları,laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb.

Xatırladaq ki, hazırda LDU-da 31 ixtisas üzrə  3875 bakalavr və magistr təhsil alır. 2019-2020-ci  tədris ilində  Lənkəran Dövlət Universitetinə   1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.

Esmira İsmayılova,
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
04/06/2020 [23:58]:
Londonda etiraz nümayişləri keçirilib, saxlanılanlar var
04/06/2020 [22:48]:
Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib
04/06/2020 [21:42]:
Ermənistanda pasiyentlərin vəziyyəti ağırdır
04/06/2020 [20:34]:
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04/06/2020 [19:39]:
Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır
04/06/2020 [19:20]:
Latviya Səfiri parlamentdə olub
04/06/2020 [18:49]:
ƏSA Teatrından yeni tamaşa - “Balaca Şahzadə”
04/06/2020 [17:48]:
“Sabah” paraqvaylı hücumçu ilə müqavilə bağlayıb
04/06/2020 [17:22]:
Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB
04/06/2020 [17:20]:
Ramin Bayramlı: "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər"
04/06/2020 [17:15]:
Operativ Qərargah: "Vətəndaşlar lazımi ehtiyaclarını indidən təmin etsinlər"
04/06/2020 [17:12]:
TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"
04/06/2020 [17:10]:
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
04/06/2020 [17:05]:
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
04/06/2020 [16:42]:
"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb
04/06/2020 [15:28]:
Dondurma deyə yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı
04/06/2020 [14:33]:
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
04/06/2020 [14:06]:
Operativ Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb
04/06/2020 [14:01]:
Əli Əsədov əhaliyə müraciət edib
04/06/2020 [13:57]:
Bu il Meksikadan Azərbaycana ixracın həcmi 225.49 faiz artıb
04/06/2020 [13:48]:
UEFA “Trabzonspor”u Avropa yarışlarından kənarlaşdırıb
04/06/2020 [13:16]:
“Yuğ” teatrı iyun repertuarını açıqlayıb
04/06/2020 [12:45]:
Polşada prezident seçkilərinin vaxtı müəyyənləşib
04/06/2020 [12:14]:
Konqoda Ebola epidemiyası başlanıb
04/06/2020 [11:43]:
Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin