Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır

17/09/2019 [12:57] - İqtisadiyyat (251)



Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi bu il ilk dəfə “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) yayıb.

Bəyanatda bildirilir ki, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

Beləliklə, 2020-ci ilin icmal və dövlət büdcəsinin ilkin parametləri:

– Dövlət büdcənin gəlirlərinin 24 mlyard 484 milyon manat, büdcə xərclərinin isə 25 milyard 617.7 milyon manat olması nəzərdə tutulur. Büdcə kəsirinin 1 milyard 133.7 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da kəsirin 2019-cu illə müqayisədə 43.9 faiz azalacağı deməkdir.

– Gələn ilin büdcəsində “qara qızılın” qiyməti 55 dollar proqnozlaşdırılır. Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 mlrd. manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

– Həmçinin, 2020-ci ildə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1.7 səviyyəsində qalacağı, inflyasiyanın cari ilin sonunda 3.7 faiz olacağı, növbəti ildə isə 4.6 faizə qədər artacağı proqnozlaşdırılır. Lakin qeyd edilir ki, sonrakı illərdə inflyasiyanın artım tempinin aşağı düşəcəyi və təkrəqəmli inflyasiyanın qorunacağı gözlənilir.

Müsbət haldır ki, 2020-ci ilin büdcə paketinə görə, büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5  milyon manat olacaq , yəni qeyri-neft gəlirləri  43 faiz artacaq. Başqa sözlə, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 69 milyon. manat və ya 11,3 faiz çoxdur.

İkinci məqam budur ki, Dövlət Neft Fondundan transfert 400 milyon artırılır. Doğrudur, bəzi büdcə təhlilçiləri Neft Fondundan transfertin artmasını, kontekstdən çıxararaq ayrıca qabardırlar. Lakin bu zaman büdcədə artan sosial xərclərin, büdcə kəsirinin yarıbayarı azaldılması və digər məqamların üzərindən sükutla keçirlər…

Diqqət yetirilməli məqam odur ki, növbəti ilin büdcəsində qeyri-neft gəlirlərinin payındakı artım Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur. Bu, vergi və gömrük daxilolmalarının əhəmiyyətli artımı  hesabına baş verir. 

Qeyd olunmalıdır ki, 2020-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 134,2 milyon manat və ya 43,9 faiz azaldılır. Eyni zamanda, minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması,  əmək pensiyasının minimum məbləğinin artırılması  nəticəsində sosialyönlü xərclərin xüsusi çəkisi 9,8 faiz və ya 2 milyard 634,2 milyon  manatdan çox artırılır.

Ümumiyyətlə, büdcədə sosial xərcləinin çəkisinin arıtması yaxşı tendensiyadır.  Büdcə xərclərinin strukturunda sosial xərclərin çəkisi 40 faizə yaxınlaşır – 10,5 milyard manat.  Başqa sözlə, dövlət büdcəsi sözün həqiqi mənasında investisiya yönmümlü büdcədən sosial yönümlü büdcəyə keçir.

Qadir IBRAHIMLI
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin