“Qız Qalası. Qadın Olmaq” Müasir İncəsənət Festivalı başlayır

16/09/2019 [17:39] - Mədəniyyət (395)



Avropa İttifaqı Azərbaycandakı nümayəndəliyi sentyabrın 17-dən 27-dək Bakı şəhəri və regionlarda “Qız Qalası. Qadın olmaq” adlı beynəlxalq müasir incəsənət festivalı təşkil edəcək.

İstiqlal.az xəbər verir ki, festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir, ölkəmizdə, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, ictimai incəsənət tədbirləri, vizual poeziya gecəsi, müzakirə forumları, tematik film nümayişləri, vorkşoplar daxildir. 

XX əsrin əvvəllərində, mühim tarixi və siyasi hadisələrin baş verdiyi zəmində Azərbaycanda ilk qadın hərəkatı başlayıb və Azərbaycan Demokratik Respublikasının qurulması ilə bu dövlət 1918-ci ildə qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olub.  

“Qız Qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət Forumuna ilk dəfə 2009-cu ildə Bakıda Səbinə Şıxlinskaya tərəfindən təşəbbüs göstərilib. Bu, Azərbaycanda müasir incəsənət vasitəsilə gender bərabərliyi mövzusunda ilk birgə təqdimat işi idi. Bir il sonra isə, yəni 2010-cu ildə “Qadın Olmaq” adlı eyni mövzu “İstanbul-Avropa Mədəniyyətinin Paytaxtı 2010” çərçivəsində “Openly” sərgi layihəsində təqdim olunub. Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirlər dolaşan Qız Qalasının adından götürülüb. Adın mənası ilə bağlı daha çox irəli sürülən fikir onun “Qız” sözü ilə əlaqədardır ki, bu da qadınlar mövzusunda bakirə - “Virqo” qalası mənasını daşıyır. Mövzunun konteksti müxtəlif hekayələrlə əhatələnsə də, əsas və aparıcı mövzu kişilər tərəfindən qadınlara qarşı göstərilən mənəvi və fiziki zorakılıq və bu səbəbdən qadınların yaşadığı faciələrdir.  Şərqdəki qadının təsviri zəif və öz haqqlarını müdafiə edə bilməyən varlıq kimi verilir. O, öz azadlığı uğurunda yalnız bir mümkün həlli yolu ilə mübarizə aparır, bu da faciəli sonluğa aparan ölümdür. Bu, həm də bir növ ideoloji stereotipdir və regionda gender bərabərliyi mövzusuna dair yanlış üstünlüklər yaradır. 

Tarixçilər və tədqiqatşılar şəhərin əsas qalası olan “Qız Qalasını”nın adının onun alınmaz olduğuna görə bakirə, yəni Qız Qalası mənasını daşıdığını düşünürlər, çünki qala öz əlverişli yerləşməsinə görə heç bir düşmən tərəfindən alına bilməyib. “Qız Qalası” bir tərəfdən Xəzər dənizi və digər tərəfdən isə şəhər qala divarları ilə əhatələnmişdir ki, bu da onu əlçatmaz edib.
 
Layihədə gender bərabərliyi, feminizm və qeyri-maddi mədəni irs prizmasında nəzərə alınan işlər əsasən Bakı və rayonlarda incəsənət adamlarının, kuratorların, mədəniyyət fəallarının və yerli icmaların iştirakı ilə birgə olaraq aparılmağa çalışılır. Layihə çərçivəsində, mübadilələr əsasında yerli və qlobal kontekstdə metodologiyanı və daha yaxşı başa düşülməni təmin etməyə cəhd göstəriləcək. Bu layihə sistemə, onun problemlərinə, gender və sosial qeyri-bərabərsizliyinə cavablar tapmalıdır. Layihənin çox yaxşı şəkildə təşkil olunan intellektual, sosial və yaradıcılıq mübadiləsi fikri ətrafında cərəyan etməsi nəzərdə tutulur. İncəsənət işlərinin nümayişi, konfrans, müzakirə forumları, ictimai incəsənət tədbirləri və müxtəlif hadisələr beynəlxalq iştirakçılar və yerli sakinlər arasında müvəqqəti icma yaradacaq və uzun-müddətli əlaqələrin təməlini qoyacaq. 

Festival Bakıdakı bir sıra diplomatik missiyalar və Azərbaycan Rəssamlar İttifaqı, MİM Bakı, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, M.İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Gəncə İcra Hakimiyyətinin və bu kimi digər aparıcı hökumət müəssisələri və təşkilatları  ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur və həyata keçirilir. 

Festivalın qonaqları və iştirakçıları Avropa İttifaqına üzv ölkələrdən Almaniya, Niderland, İsveç, Macarıstan, Latviyadan, habelə Şərq Əməkdaşlığı ölkələrindən Gürcüstan, Moldova, Uktaynadan və üçüncü ölkələrdən Türkiyə, İsrail, İran və İsveçrədən olan film direktorları, muzey mütəxəssisləri, kuratorlar və incəsənət sahəsindəki tənqidçilər, rəssamlar və incəsənət fəallarından ibarətdir.  
Festival çərçivəsində bütün mədəniyyət tədbirləri içitimaiyyət üçün acıq olacaq. 
Bu festival “İMAGINE-Avro Tolerantlıq" Festivalı və "FANTAZİYA" Mədəni irs Festivalından sonra ölkəmizdəki Avropa İttifaqı nümayəndəliyi tərəfindən maliyyələşdirilən və Avropa dəyərlərini və prinsiplərini təbliğ edən üçüncü böyük festivaldır. Avropa İttifaqının sponsorluğu ilə növbəti "FANTAZİYA" festivalı noyabrın 1-dən 15-dək keçiriləcək.



Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
Xəbər lenti
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
30/10/2020 [20:43]:
Noyabr ayının hava proqnozu açıqlanıb
30/10/2020 [19:54]:
İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi
30/10/2020 [19:15]:
Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”
30/10/2020 [19:06]:
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin