Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev

14/09/2019 [18:01] - Siyasət (107)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti sentyabrın 13-də Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Siz mütəmadi olaraq Naxçıvanın iqtisadiyyatının gücləndirilməsi barədə məsələ qaldırırsınız. Fərmana münasibətiniz necədir?

- Sözün doğrusu, çox sevindim. Ümid edirəm Şərurda sənaye məhəlləsinin yaradılması Naxçıvanın inkişafına öz töhfəsini verəcək. Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib. Bölgənin blokada vəziyyətində olmasını nəzərə alıb büdcədən muxtar respubikaya həmişə daha çox vəsait ayırıb. Bununla yanaşı qeyd edim ki, bir müddət öncə yerli sakinlərin iş dalınca oranı tərk etməməsi və artan əhalini işlə təmin etmək üçün Naxçıvanın inkişafına dair xüsusi dövlət Proqramının qəbul olunması təşəbbüsü ilə çıxış etmişdim. Çox təəssüf ki, bu təşəbbüs yerli məmurlar tərəfindən o zaman təhqir və hiddətlə qarşılandı.

- Bu Fərman Naxşıvandan köçün qarşısını ala biləcəkmi? Bu günlərdə Naxçıvandan olan şagirdlərin Bakının orta məktəblərinə köçürülməsində problem yaranmışdı. Hansı ki, Sizin də müraciətinizdən sonra Təhsil Nazirliyi tərəfindən qısa bir müddətdə problem həll olundu və həmin şagirdlər Bakının orta ümumtəhsil məktəblərinə köçürüldü. Əks prosesin başlanması üçün daha nələr edilməlidir?

- Naxçıvanda kənd təsərrüfatına yararlı torpaq sahələri çox az olduğundan əhalini işlə təmin etmək üçün sənaye inkişaf etdirilməlidir. Bunun üçün investisiya mühiti yaxşılaşdırılmalı, Naxçıvanda çoxdan müzakirə olunan azad iqtisadi zonanın yaradılması barədə nəhayət ki, qərar qəbul olunmalıdır. Naxşıvanın İran və Türkiyə kimi 80 milyon əhalisi olan dövlətlərlə sərhəd olmasının üstünlüklərindən istifadə olunmalıdır. Azərbaycan iş adamlarının, xüsusilə Naxçıvandan çıxmış sahibkarların Şərur sənaye məhəlləsinə investisaya qoyması üçün onlar Naxçıvana dəvət olunmalı, hər biri ilə fərdi iş aparılmalıdır. İranla viza rejiminin aradan qaldırılması da Naxşıvanda turizmin inkişafına kömək etmiş olardı. Bunlarla yanaşı, regionlara vəsait yatıran sahibkarlar üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Neft Fondunun vəsaitlərindən bir milyard manat gətirib Naxçıvandakı yerli banklarda yerləşdirilməlidir. Naxçıvanı avtomobil sənayesində böyük uğurlar qazanmış kompaniyalarla əlverişli müqavilələr imzalamaqla müasir elektrik avtomobilləri istehsal edən mərkəzə çevirmək və həmin elektromobilləri region dövlətlərinə də satmaq mümkündür. Yalnız bu cür kompleks tədbirlər görməklə iqtisadiyyatın inkişafında sürətli artıma nail olmaq olar. İqtisadiyyat inkişaf edərsə iş dalınca regionu tərk etmiş insanlar da geri qayıtmağa başlayacaqlar.

 
 
 
 

Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin