Ukrayna səfiri: “İkitərəfli münasibətlər dost və inam ruhunda qurulub”

12/09/2019 [21:51] - Siyasət (99)



Ukraynanın Müstəqilliyinin 28-illiyi münasibətilə ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Vladislav Kanevski çıxış edərək ölkəsinin müstəqillik tarixindən, əldə etdiyi uğurlardan danışıb.  Deyib ki, onlar heç zaman təslim olmadı, azad və müstəqil ölkədə yaşamaq, Ukrayna dilində danışmaq və ukraynalı olduqları üçün fəxr etmək haqqıyla mübarizə aparmağa davam edib: “Və beş il əvvəl bizim evlərimizə yenidən müharibə gəldiyi zaman, biz bunu hiss etdik və anladıq ki, Müstəqillik bizim milli dəyərimizdir, biz kimsəyə ona əl uzatmağa və ona laqeyd yanaşmağa imkan verməyəcəyik. Məhz buna görə on minlərlə könüllü ukraynalı hər an Ukraynanın azadlığı və müstəqilliyi naminə öz həyatlarını verməyə hazırdır. Hətta bu gün, sözdə barışıq dövründə biz Donbasda insan itkisini yaşamağa davam edirik. Biz Qəhrəmanlarımızla fəxr edirik, çünki onlar doğma torpağımızı qoruyurlar. Bu gün qarşılaşdığımız böyük problemləri tam dərk edirik. Və biz əminik ki, bir olsaq, qələbəmizə insansaq onların öhdəsindən gələcəyik. Bu gün heç bir zaman olmadığı qədər özümüzü bütöv millət kimi hiss edirik”. 

Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər qədim tarixə malikdir, dost və inam ruhunda qurulub: “Dörd ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə etimadnamələri təqdim etmək şərəfinə nail olduğum zaman, xatırladım ki, məhz 100 il bundan əvvəl - 1919-cu ildə Bakıda Ukrayna Xalq Respublikasının Xüsusi diplomatik missiyasının rəhbəri İvan Kraskovskiy Azərbaycan Demokratik Respublikasının Xarici işlər naziri Fətəli xan Xoyskiyə öz etimadnaməsini təqdim edib. Bu da hələ uzaq zamanlardan qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyi və zəruriliyini sübut edir”.
Müxtəlif illərdə Azərbaycana səfər etdiyini xatırladan V.Kanevski deyib ki, qısa zamanda burada böyük dəyişikliklərin baş verdiyini görə bilib. Azərbaycan müasir, müvəffəq və stabil dövlətə çevrilib, ölkəsi Azərbaycanın uğurlarına ürəkdən sevinir. 

Səfir deyib ki, Ukrayna və Azərbaycanı yüksək vətənpərvərlik hissi, həm də təəssüf ki, ümumi acı – doğma yurdun bir hissəsini itirmək acısı birləşdirir: “Lakin bu acı bizi möhkəmlədir və hər gün bizi daha da güclü edir. Bu səbəbdən tam əminəm ki, bizim müvəffəqiyyətimiz və stabilliyimiz Ukrayna və Azərbaycanın dövlət suverenliyinin dönməz şəkildə bərpasına gətirib çıxaracaq”.
Ukrayna və Azərbaycanın həm ikitərəfli, həm də regional əsaslarla bir çox birgə strateji layihələr həyata keçirdiyini xatırladan diplomatın sözlərinə görə, hər iki ölkə bir-birinə dəstək verir.
Azərbaycan hökuməti adından Ukrayna xalqını bayram münasibəti ilə təbrik edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib ki, hər iki xalqını uzun illər boyu dostluq münasibətləri bağlayır, xalqlarımız müstəqillik illərində bu münasibətləri qoruyub saxlaya bilib. Nazir müavini deyib ki, hər iki ölkənin birgə səyləri ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, bu illər ərzində ölkələrimiz bir çox uğurlara imza atıb. X.X.ləfov qeyd edib ki, Ukrayna Azərbaycanın ticarət tərəfdaşlarından biridir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində ilbəil artım müşahidə olunur. Onun sözlərinə görə SOCAR Ukraynaya böyük həcmdə - 200 milyon ABŞ dollarından artıq sərmayə qoyub. Cari ilin 9 ayında Ukraynaya idxal edilən xam neftin 92 faizi Azərbaycanın payına düşür: “Azərbaycan dost Ukraynanın maraqlarına və bu istiqamətdə birgə potensiallardan istifadə etməyə maraqlıdır”.  

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin