Heydər Əliyev Mərkəzində "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisi açılacaq

12/09/2019 [12:33] - Mədəniyyət (90)



Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır.

Mərkəzdən verilən xəbərə görə, Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə"sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Ekspozisiyada həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo Buta" da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə "Voyacer 1" kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücunu təsəccüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.   
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
12/12/2019 [19:50]:
Ölkə başçısı 12 nəfəri dövlət mükafatlarından məhrum etdi
12/12/2019 [18:36]:
Qarabağ üçün kapitulyasiya aktı olmayacaq və.. nida işarəsi!
12/12/2019 [17:42]:
Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib
12/12/2019 [17:00]:
BƏƏ bəşər qardaşlığı mesajını yayır
12/12/2019 [16:39]:
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - STATİSTİKA
12/12/2019 [16:20]:
Heydər Əliyev: “Bizim dostumuz Əflatun Amaşov burada dedi ki...”
12/12/2019 [15:48]:
Kağız üzərində sənədləşmə ləğv ediləcək
12/12/2019 [15:22]:
Göyərtəsində uşaq dünyaya gəldiyindən təyyarə məcburi eniş edib
12/12/2019 [14:55]:
FED uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [14:34]:
Londonda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb
12/12/2019 [13:46]:
Vladimir Zelenski AŞ-ni Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa çağırıb
12/12/2019 [13:30]:
Kolumbiya səfiri: “İqtisad, ticarət və turizm sahələrində davamlı irəliləyiş var”
12/12/2019 [13:18]:
ABŞ Senatının komitəsi Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib
12/12/2019 [12:50]:
İran Fransa vətəndaşlarını azad etmək niyyətində deyil
12/12/2019 [12:25]:
Məşhəd-Bakı birbaşa uçuşlara start verilir
12/12/2019 [12:22]:
Azərbaycan Türkiyədə yaradılan xarici kapitallı səhmdar cəmiyyətlərin sayına görə ilk üçlükdə yer alıb
12/12/2019 [11:42]:
Psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
12/12/2019 [11:30]:
AFFA “Qəbələ”nin futbolçusunu cəzalandırdı
12/12/2019 [10:44]:
Azərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb
12/12/2019 [10:35]:
Prezident İlham Əliyev və xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2019 [10:21]:
Prezidentin "Facebook" səhifəsində Heydər Əliyevlə bağlı paylaşım edilib
12/12/2019 [10:00]:
Azərbaycan-Rusiya İşgüzar Şurasına 145 şirkət və təşkilat daxildir
12/12/2019 [09:40]:
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
12/12/2019 [08:38]:
Yeni Baş Nazir 34 yaşlı Sanna Marin olacaq
11/12/2019 [23:59]:
Lənkəranda tank əleyhinə mina tapılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Elmar Məmmədyarov Latviyaya gedəcək
Ançelotti gələn həftə qovula bilər
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin