Səfir: “Etimad, İndoneziya və Azərbaycanın gələcək tərəfdaşlığının ruhu olmalıdır”

09/09/2019 [21:20] - Siyasət (68)



İndoneziyanın Milli bayramı – müstəqilliyinin 74-cü ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Husnan Bey Fanani çıxışında ölkəsinin  keçdiyi tarixi yoldan danışıb. Səfir deyib ki, son 20 il ərzində Ümumi daxili məhsulun artımı İndoneziyanı dünya iqtisadiyyatının elitaları arasında yerləşdirib, ölkəsi İndoneziya G-20-nin üzvüdür: “İndoneziya, həmçinin ASEAN iqtisadiyyatına təxminən 40 faiz qatqı təmin etməklə ən böyük iqtisadi gücə malikdir. Dördə bir milyard insan İndoneziyanı nəhəng və perspektivli bir bazar halına çevirib və onların bir çoxu İndoneziyanın insan resursları keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş səyləri sayəsində yüksək ixtisaslı və təhsilli şəxslərdir”. Diplomat deyib ki, ölkə Konstitusiyasında qeyd olunduğu kimi, bölgədə və onun xaricində sülh və sabitlik İndoneziyanın əsas prioritetidir və onlar bunu həyata keçirmək və qorumaq üçün daim böyük rol oynamağa can atır.  

Ölkələrimiz arasındakı əlaqələrə toxunan H.BFanani bu il İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələrin 27 ili tamam olduğunu xatırladaraq, qeyd edib ki, 27 illik ikitərəfli münasibətlər zamanla sınanmış və daha da inkişaf etməkdədir. Ölkələrimiz arasındakı xalqlararası əlaqələrin uzun tarixi var. Hər keçən il ərzində əlaqələr daha da güclənir və son iki onillik ərzində misli görünməyən uğurlarla nəticələnən münasibətlər möhkəmlənib.  Bu əlaqələr yüksək  xətlə inkişaf edir və hər iki ölkənin rəhbərliyi münasibətlərin daha da inkişaf etməsinə səy göstərir: “Ötən il İndoneziyanın Nümayəndələr Palatasının vitse-spikerinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edərək, iqtisadi, mədəni və xalqlararası münasibətlərin möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə Daxili İşlər naziri və Azərbaycan Respublikasının Milli Məclisinin birinci vitse-spikeri ilə görüşüb”. Səfir onu da vurğulayıb ki, Azərbaycan daima dini tolerantlıq, qarşılıqlı hörmət, dinlərarası dialoq və multikultural həyat tərzi kimi gözəl ənənələri ilə İndoneziyanı valeh edir. İndoneziya yeni impuls yaradacaq, ümid və imkanlar formalaşdıracaq, ikitərəfli, regional və qlobal səviyyələrdə İndoneziya və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi üçün qapı açacaq yeni və yüksək platformalar üçün tərəfdaşlıq məqsədilə işləməyə hazırdır: “İndoneziya Azərbaycanla birgə ümumi problemlərin həllinə hazırdır. Beləki, İndoneziya və Azərbaycanın terrorizm və zorakı ekstremizmin artması təhlükəsinin qarşısının alınmasında birgə dayanmaları dünyaya ciddi ismarıc olacaq. Ən böyük müsəlman əhalisi olan ölkə kimi, İndoneziya mötədilliyin səsi ilə danışır. Etimad, İndoneziya və Azərbaycanın gələcək tərəfdaşlığının ruhu olmalıdır. Əldə etdiyimiz uğurlara görə İndoneziya Hökuməti və xalqı Azərbaycan rəhbərlərinə və xalqına, həmçinin qiymətli münasibətlərimizin inkişafına səmimi şəkildə öz töhfə və yardımını göstərən hər kəsə ürəkdən təşəkkür edir”.

Azərbaycan hökuməti adından İndoneziya xalqını bayram münasibəti ilə təbrik edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da son 27 il ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün güclü potensialın mövcud olduğunu və Azərbaycanın bu potensialdan isifadə etmək istədiyini bildirib.  Nazir ölkələrimiz arasında hüquq-mühafizə sahəsində 10-dan artıq sənəd imzalandığını və daha 20-dən artıq sənədin yaxın zamanlarda imzalanacağını qeyd edib. İ.Kərimov onu da əlavə edib ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.


Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
22/09/2019 [12:34]:
İtaliya A Seriyası: Milan derbisində "İnter" qələbə qazanıb
22/09/2019 [12:18]:
400-dən çox reys təxirə salınıb
22/09/2019 [11:48]:
Sindzo Abe Nyu-Yorkda Tramp və Ruhani ilə görüşəcək
22/09/2019 [11:20]:
5,9 bal gücündə zəlzələ baş verib
22/09/2019 [11:19]:
Qubaya qar yağıb
22/09/2019 [10:50]:
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
22/09/2019 [10:36]:
Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq
22/09/2019 [10:00]:
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22/09/2019 [09:45]:
Saatlıda yanğın olub
22/09/2019 [09:39]:
Atəşkəs 24 dəfə pozub
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
Şamaxıda mağaza yanıb
Azərbaycanın hərbi qulluqçusu həlak olub
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin