I sinifə qəbul üçün elektron qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

10/09/2019 [16:16] - Cəmiyyət (92)



Sentyabrın 10-na (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə Bakı məktəblərinin I sinfinə qəbul və məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 215, məktəbəhazırlıq qruplarına isə 23 048 şagird elektron qeydiyyatdan keçib.

Qeyd olunub ki, birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İşçi Qrupu müraciətlərin operativ cavablandırılmasını təmin edir.

Elektron qeydiyyat şəffaflığın və vətəndaşların rahatlığının təmin olunması, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İşçi Qrupu I sinfə və məktəbəhazırlıq qruplarına qeydiyyat üzrə onlayn sorğuların cavablandırılması, qeydiyyatla bağlı valideynlərin yönləndirilməsi, elektron qeydiyyatın aparılması prosesinin tənzimlənməsi və digər məsələlərlə bağlı müraciətləri vətəndaşların qəbulu, telefon zəngi, elektron poçt və ya elektron müraciət vasitəsilə cavablandırır.

Həmçinin, elektron sistemin “Əlaqə” bölməsində İşçi Qrupu valideynləri maraqlandıran suallara müvafiq müddət ərzində cavab verir. Bununla da valideynlərin əlavə vaxt itkisinin qarşısı alınır, ənənəvi yazılı (məktub) müraciətlərin cavablandırılması zamanı meydana çıxan obyektiv ləngimələr aradan qaldırılır və müraciətlər daha operativ cavablandırılır.

Onu da qeyd edək ki, İşçi Qrupu birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulla bağlı nəinki iş saatlarında, zərurət olduqda hətta işdən kənar saatlarda da fəaliyyət göstərirlər.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
25/01/2020 [23:59]:
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
25/01/2020 [23:45]:
44 saylı dairənin favorit namizədi
25/01/2020 [22:28]:
Çində koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb
25/01/2020 [21:53]:
“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib
25/01/2020 [20:50]:
Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı
25/01/2020 [20:05]:
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşdü
25/01/2020 [19:30]:
Hava nəqliyyatı ilə sərnişindaşıma artıb
25/01/2020 [18:46]:
Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər
25/01/2020 [17:52]:
“Osasuna” “Levante”ni məğlub edib
25/01/2020 [16:34]:
“Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”
25/01/2020 [15:41]:
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
25/01/2020 [15:26]:
İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib
25/01/2020 [14:45]:
Qarabağda müharibə başlasa ... - qüvvələr nisbəti nə deyir?
25/01/2020 [14:41]:
Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi
25/01/2020 [14:23]:
Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır
25/01/2020 [13:47]:
“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər
25/01/2020 [13:19]:
Ermənistan prezidenti İsraildə pərt edildi - fiasko olan səfər, havada qalan “soyqırım” xahişi
25/01/2020 [12:44]:
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
25/01/2020 [12:38]:
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
25/01/2020 [12:20]:
Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib
25/01/2020 [11:48]:
Fransada 3 nəfər koronavirusa yoluxub
25/01/2020 [11:22]:
Zaqatalada yanğın olub
25/01/2020 [10:38]:
Beyləqan sakini qardaşının yük avtomobilini qaçırdı
25/01/2020 [10:00]:
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalır
24/01/2020 [23:59]:
Xızıda qumbara və partladıcılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
20 Yanvar faciəsindən 30 il ötür
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
İran portalı Bakı haqqında məqalə yayıb
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin