Naxçıvan üzrə internet trafikinin həcmi 10 Gbit/s-yə çatdırılıb

10/09/2019 [14:37] - İqtisadiyyat (36)



Naxçıvan Muxtar Respublikasında internet xidmətlərinə artan tələbat nəzərə alınaraq həm Türkiyənin “Türk Telekom” şəbəkəsindən, həm də Azərbaycanın “Delta Telecom” şəbəkəsindən daxil olan internet trafikinin həcmi 1 Gbit/s artırılıb və nəticədə Muxtar Respublikaya daxil olan internet kanallarının həcmi 10 Gbit/s-yə çatdırılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində simli şəbəkə üzrə 2 827 abunəçi ADSL bağlantısı ilə təmin edilib, “Evədək optika” layihəsi çərçivəsində isə 23 fərdi mənzilə fiberoptik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Bundan başqa, cari ildə Naxçıvan üzrə mövcud ATS-lərin montaj tutumları 1028 nömrə artırılıb. Bu ilin əvvəlindən respublika ərazisində ümumilikdə 45 475 metr fiberoptik kabel xətlərinin tikintisi həyata keçirilib.

Bundan əlavə, “Naxtel” mobil operatorun xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 ədəd yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb və onların quraşdırma-tənzimləmə işləri həyata keçirilir.

Hazırda muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Culfa rayonunu əhatə edən bu layihə  üzrə artıq mövcud 21 ədəd “Daewoo” və “Karel” tipli ATS demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 ədəd stansiya tələbat olan açıq ərazilərdə montaj edilib.

Ümumilikdə bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Çinin “Huawei” şirkəti ilə bağlanan müqaviləyə əsasən Naxçıvan–Qıvraq-İbadullala–Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində  alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur. Bunlardan Duzdağ-Şahbuz arası radiorele, digərləri isə optik kabel xətləri üzərindən təmin ediləcək.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Azərbaycanlı futbolçu rəmzi komandada
Messi özünün geyim brendini yaratdı
Şamaxıda mağaza yanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin