Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, yığmamız 6-cı turda “Bakcell Arena”da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.
E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya – 1:1
Qollar: Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1)
Baş hakim: Sandro Şerer
“Bakcell Arena”
22:45. Macarıstan – Slovakiya
“Qrupama Arena”