Etik davranış qaydalarını pozan mediatorlar intizam məsuliyyətinə cəlb ediləcək

09/09/2019 [22:36] - Cəmiyyət (211)



Etik davranış qaydalarını pozan mediatorlar intizam məsuliyyətinə cəlb ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Mediatorların peşəkar etik davranış Qaydası"nda əksini tapıb.

Etik davranış qaydalarının pozulması mediatorun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Qaydaya əsasən, mediator insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə mediator öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Mediator peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Mediator öz fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Mediator hər bir halda öz şərəf və ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata keçirərkən, mediasiya fəaliyyətinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Mediator fəaliyyətində nitq mədəniyyətinə riayət etməli, bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalı, mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Eyni zamanda öz vəzifəsini yerinə yetirərkən irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə və qulluq mövqeyinə, dinə münasibətinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Mediator vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Mediator mediasiya fəaliyyətinə heç bir şəxs, o cümlədən qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə edilməsinə yol verməməli, eyni zamanda dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin təsiri altına düşməməli, ictimai rəy və ya tənqid onun fəaliyyətinin qanuniliyinə və əsaslılığına təsir etməməlidir.

Peşə fəaliyyətini həyata keçirməklə bağlı mediatorların, qanunazidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəldilmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. Mediator peşə fəaliyyəti dövründə, habelə mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra əldə etdiyi bütün məlumatların konfidensiallığını təmin etməlidir. Mediator mediasiya zamanı ona məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlaya və ya onlara istinad edə bilməz (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla), habelə belə məlumatlarla bağlı şahid qismində iştirak edə bilməz. Mediator peşə fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz. Mediator tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, işlədiyi mediasiya təşkilatı və Mediasiya Şurası tərəfindən müntəzəm təhlil edilir və tədbirlər görülür.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

- mediatorların davranışlarının bu Qayda ilə müəyyən olunan etik davranış norma və prinsiplərinə uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

- etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

- mediatorlara etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

- etik davranış qaydalarını pozan mediatorların intizam məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir;

- etik davranış qaydaları və mediatorlar tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə fiziki və hüquqi şəxsləri məlumatlandırmaq üçün tədbirlər görülməlidir;

- etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır;

- etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə mediatorlara ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

- etik davranış qaydalarına əməl olunması ilə bağlı digər tədbirlər görülməlidir.
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
Xəbər lenti
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
14/01/2021 [16:58]:
Rusiyada 24 763 yeni yoluxma və 570 ölüm faktı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin