"Bu “seçkilər” təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur"

09/09/2019 [16:43] - Gündəm (199)



“Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir təhqirdir”.

Bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə bağlı bəyanatında yer alıb.

“Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri”nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər”, həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək”, - deyə bəyanatda vurğulanır.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin