16 oktyabr Jambıl adına Qazaxıstan Dövlət Filarmoniyasında Qazaxıstanın tanınmış “Mezzo” qrupunun konserti baş tutacaq.
İstiqlal.az xəbər verir ki, “Sən mənim melodiyamsan” (Ты моя мелодия) adlı konsertdə Azərbaycanın dahi müğənnisi Müslüm Maqomayevinin hamının tanıdığı və bəyəndiyi mahnılar səslənəcək.
Xatırladaq ki, “Mezzo” qrupun cari ilin aprelin 10-da Bakını ziyarət edib və Bakı filarmoniyasında konsert verib. Konsert yerli auditoriyanın böyük marağa səbəb olub.