UEFA AVRO-2020 pley-offu ilə bağlı ilkin versiyasını açıqlayıb

09/09/2019 [13:25] - İdman (37)



AVRO-2020-nin seçmə mərhələsinin arxada qalan hissəsindən sonra pley-offda oynamağa potensial namizədlər müəyyənləşib.

APA-nın məlumatına görə, UEFA VI turun ilk oyun günündən sonra turnir cədvəllərində yaranan vəziyyətdə  pley-offda çıxış etməli olan komandaların siyahısını açıqlayıb.

Yəni seçmə mərhələ indi başa çatsa, son 4 vəsiqə uğrunda mübarizədəki 16 komandanın kimləri ola biləcəyi bəllidir. 
AVRO-2020-dən tətbiq olunan yeniləyə əsasən pley-offda Millətlər Liqasının qrup qalibləri, onların seçmə mərhələdə uğur qazanacağı halda isə Liqanın sıralamasındakı növbəti yığma çıxış edəcək.

A liqası
Hollandiya, İsveçrə, İslandiya, Bolqarıstan/İsrail
Çoxları Millətlər Liqasının qalibi olan Hollandiyanın AVRO-2020-yə yüksəldiyini düşünsə də, bu, yanlış fikirdir. “Narıncılar” seçmə mərhələdə vəsiqə qazanmasa, pley-offda oynamalıdır. Hazırkı durumda A liqasının 9 komandası seçmə mərhələdə ilk iki yerdən birini tutur. Digər üç yığma – Hollandiya, İsveçrə və İslandiya isə 2020-ci ilin martındakı pley-offa iddia edir. Bu durumda 4-cü komanda isə püşklə seçiləcək. C liqasında Bolqarıstanla İsraildən biri A liqasının pley-offuna gələcək. Digəri isə C liqasının pley-offunda mübarizə aparacaq.

B liqası
Bosniya və Herseqovina, Uels, Çexiya, Slovakiya
B liqasının 8 komandası seçmə mərhələdə ilk iki yerdən birində qərarlaşıb. Bu isə digər 4 yığmanın pley-offa qatılması deməkdir. Maraqlıdır ki, onlardan ikisi – Uelslə Slovakiya Azərbaycan yığması ilə eyni seçmə qrupunda çıxış edir.

C liqası
Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan/İsrail
C Liqasında qrup qaliblərindən yalnız Finlandiya seçmə mərhələdə uğurla çıxış edir. Onlar sonadək mövqeyini qorusa, Bolqarıstanla İsraildən biri pley-offda şimallıları əvəz edəcək.

D liqası
Gürcüstan, Şimali Makedoniya, Belarus, Lüksemburq
D liqasında da qrup qaliblərindən üçü pley-offda oynayacağını ehtimal etmək olar. Yalnız Kosovo seçmə mərhələ ilə birbaşa vəsiqəyə iddiaçıdır. Millətlər Liqasında Azərbaycanla eyni qrupda 1-ci olan balkanlıların bu uğuru millimizə fayda verməyəcək. Çünki pley-offda Kosovonu Lüksemburq əvəzləməlidir. Azərbaycanın pley-offa yüksəlməsi üçün isə Liqanın üç komandası seçmə mərhələdə uğur qazanmalıdır. Kosovodan başqa belə perspektivi yüksək olan komanda isə yoxdur. Düzdür, Lüksemburqla Ermənistan möcüzə şanslarını qoruyur. Lakin bu üç yığmanın birbaşa final mərhələsinə yüksəlməklə Azərbaycana yol açması inandırıcı görünmür.
Gələn ilin büdcəsində sosial xərclərin çəkisi 40 faizə çatır
Təhsil nazirinin müavini LDU-da yeni tələbə yataqxanasının açılışında iştirak edib
Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev
Fiziki qüsurlu uşaqlara psixoloji xidmət göstəriləcək - fotolar
Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
Xəbər lenti
21/09/2019 [23:58]:
Alma bağlarının hər hektarına görə fermerlərə subsidiya veriləcək
21/09/2019 [22:45]:
Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlanıb
21/09/2019 [21:30]:
Xəzər rayonunun 3 yaşayış massivində 24 kilometr yol yenidən qurulur
21/09/2019 [20:42]:
ABŞ Səudiyyə Ərəbistanına əlavə qoşun göndərəcək
21/09/2019 [19:21]:
Azərbaycan millisinin hücumçusu Braziliya klubunun heyətində debüt edib
21/09/2019 [18:39]:
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
21/09/2019 [17:37]:
Dağlıq Qarabağın azərbaycanlı icması Üzeyir Hacıbəylinin həyatı haqqında video çarx hazırlayıb
21/09/2019 [17:20]:
Azərbaycanın hərbi qulluqçusu həlak olub
21/09/2019 [17:14]:
Şamaxıda mağaza yanıb
21/09/2019 [16:44]:
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21/09/2019 [16:35]:
“Tapa” qasırğası Yaponiyanın cənubunda fəsadlar törədir
21/09/2019 [15:54]:
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21/09/2019 [15:37]:
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
21/09/2019 [15:25]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [14:53]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [14:52]:
Fuad Qəhrəmanlının ailə zorakılığını sübut edən görüntülər yayıldı
21/09/2019 [14:34]:
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
21/09/2019 [14:19]:
Futbol matçı zamanı iki komanda arasında atışma olub
21/09/2019 [13:46]:
İngiltərədə iqlim dəyişikliyi ilə əlaqədar mitinq keçirilib
21/09/2019 [13:32]:
Yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirilib
21/09/2019 [13:15]:
NASA-nın “Hubble” kosmik teleskopu parlaq qalaktika kəşf edib
21/09/2019 [12:51]:
Azərbaycanlı futbolçu rəmzi komandada
21/09/2019 [12:26]:
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21/09/2019 [12:13]:
Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
21/09/2019 [11:46]:
“Göztəpə” Super Liqada ilk qələbəsini azlıqda qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Yük maşını mikroavtobusla toqquşub - 8 ölü, 18 yaralı
Azərbaycanlı sinif yoldaşını öldürən gürcü 13 il sonra ələ keçdi
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Tramp Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
Futbol matçı zamanı iki komanda arasında atışma olub
Azərbaycanlı futbolçu rəmzi komandada
Messi özünün geyim brendini yaratdı
Şamaxıda mağaza yanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin