İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Bakı sakini İlqar Şamxalovun idarə etdiyi “Opel Vectra” markalı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində avtomobil sürücüsü İmişli sakini, sürücünün qardaşı Etibar Məmmədov, onun həyat yoldaşı Mərziyyə Məmmədova, Elnur Məmmədov və Afət Kərimova boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.