Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması maltalı həmyaşıdları ilə növbəti yoldaşlıq görüşü keçirib.
İstiqlal.az xəbər verir ki, komandaların səylərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0.
Qeyd edək ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.