"Dərsliklərin paylanılması başa çatıb"

07/09/2019 [23:30] - Gündəm (60)



“Bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb”.

Bunu APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov deyib.

O bildirib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşdırılıb: “Öncədən məlumat verildiyi kimi, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumi təhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur”.

B. Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir: “Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşılmalı, valideynlər də övladlarına bu istiqamətdə də nəzarəti unutmamalıdırlar”.

BŞTİ rəsmisi xatırladıb ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib: “Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır”.
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
16/11/2019 [19:36]:
Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş sərgi açılıb
16/11/2019 [19:22]:
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
16/11/2019 [18:34]:
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub
16/11/2019 [17:25]:
Baş məşqçiyə içərisində güllə olan anonim məktub göndəriblər
16/11/2019 [16:44]:
Etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlandı
16/11/2019 [16:00]:
Bərdədə 19 yaşlı gənc bıçaqlanıb
16/11/2019 [15:33]:
Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"
16/11/2019 [14:51]:
“App Store”dən 180-dən artıq proqram silinəcək
16/11/2019 [14:28]:
Zərdabda 5 kiloqramdan artıq marixuana dövriyyədən çıxarılıb
16/11/2019 [14:00]:
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
16/11/2019 [13:47]:
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
16/11/2019 [13:25]:
Azərbaycanlı baş məşqçi İndoneziya klubu ilə müqavilə bağlayıb
16/11/2019 [12:45]:
Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Forumda iştirak edib
16/11/2019 [12:21]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 6% artıb
16/11/2019 [11:39]:
Göygöldə ölümlə nəticələnən yol qəzası olub
16/11/2019 [11:17]:
Ukraynada İŞİD-in əsas rəhbərlərindən biri həbs edilib
16/11/2019 [10:46]:
Düz bağırsağından 2 büküm heroin çıxdı
16/11/2019 [10:00]:
65,4 milyard manatlıq ÜDM istehsal edilib
15/11/2019 [23:59]:
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir
15/11/2019 [22:44]:
“Azəriqaz” rəhbəri Xəzər rayonunda istixana sahibləri ilə görüşüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Maddi sıxıntısı olan 22 yaşlı tələbə özünü yandırdı
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin