“Papanin”də metro stansiyasının inşası illərdir bitmir - Səbəb

07/09/2019 [20:43] - Cəmiyyət (644)



Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, “Papanin” kimi tanınan ərazidə illərdir tikilməkdə olan metrostansiyanın inşası hələ də başa çatmayıb. Stansiyanın tikintisi səbəbindən ərazidə avtomobillərin hərəkətinə maneə yaranıb. Bu yol şəhərin əsas yollarından biridir, bu baxımdan həmin küçənin uzun zamandır bağlı saxlanılması problem yaradır. Bundan əlavə əraziyə yaxın yerdə hərbi hospital yerləşir. Ekspertlər bildirirlər ki, hər hansı bir əsgəri yaralandığı, zədələndiyi, xəstələndiyi zaman bu hospitala gətirən maşın xeyli yol fırlanmalıdır. Bu isə təcili yardım üçün böyük maneə deməkdir.

Bəs metro stansiyasının tikintisi nə zaman yekunlaşır?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dedi ki, metro tikintisinin təmirdən və digər işlərdən fərqi var: “Tikintidə mərhələlər fərqli qaydada olur. Mart ayında açıqlama vermişdik ki, B-3(şərti ad) stansiyasına qədər olan tunellərə müasir qaydada yolun çəkilməsi başa çatmaq üzrədir. ”Memar Əcəmi" böyük stansiyası arasında yol infrastrukturunun qurulması işləri başa çatıb. Hazırda digər infrastrukturunun qurulması istiqamətində də mərhələli şəkildə iş gedir. Qeyd edim ki, Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, “Papanin” adlanan ərazidə tikintisi davam edən stansiyanın açılışı 2020-ci ilin sonları üçün nəzərdə tutulub. Əsas işlər başa çatdırılıb. Digər işlər də plan üzrə aparılır. Sadəcə olaraq Bakının torpağı elədir ki, konkret açılış tarixi söyləmək olmur. Ona görə də biz 2020-ci ilin sonunu nəzərdə tutmuşuq".

Rəsmi məlumata görə, stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq.

Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə stansiya sayının 76-ya, elektrik deposunun isə 6-ya çatdırılması nəzərdə tutulub. Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub. Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub. Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocahəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocahəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbayel rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

Bakının torpağı metro çəkilişləri üçün niyə çətindir?

Ekspert Əzim Məsimov bildirdi ki, Bakının üstü nə qədər qəlizdirsə, altı da bir o qədər mürəkkəbdir: “Bura yarımadadır və ona görə də yeraltı su axınları mövcuddur. Elə yer var ki, həmin ərazidə yeraltı su axınları sürətlidir. Elə yer də var ki, əksinədir. Metro tikintisində də belə problemlər ortaya çıxır. Ona görə də texnologiyalar tətbiq edilir, su axınları dondurulur. Yalnız bundan sonra işlər görülür. Vaxtilə ”Nizami “stansiyasının da açılışı ərəfəsində ”Qanlı göl"dən su axını gələrək, tunelə dolmuşdu. Bu səbəbdən açılış 2 ilə qədər yubadıldı. Burada da elə proseslər ola bilər. Ancaq texnologiyalar da var ki, onlarla bütün bunların qarşısını almaq mümkündür. Texnologiya imkan verir ki, mühəndis tədbirləri nəticəsində bu işləri qaydasında aparasan. Metro tikintisi hələ ki, ləng gedir. Bunun da səbəbi yəqin ki, geoloji vəziyyətin çətinliyi ilə bağlıdır. Düşünmürəm ki, orada qeyri-peşəkar işlər aparılır. 

Məncə peşəkar olmayan insanlar panel, metro işlərində işləyə bilməzlər. Ona görə də düşünürəm ki, onların peşəkarlığı yüksək səviyyədədir. Ola bilər ki, texniki məsələlərin həlli çox vaxt tələb edir. Buna görə də stansiyaların tikilməsi vaxtı uzadılır. Hökumətin metro tikintisi ilə bağlı proqramı vardı və işlər də sürətlənmişdi. Ancaq sonrada bu işlər zəiflədi. Fransızlar və eləcə də başqa xarici ölkə şirkətləri Bakıda metro tikintisinə maraq göstərirdilər. İndi bu cür işləri aparan çox sürətli aqreqatlar var. Məsələn, Moskvada bu işləri çox sürətlə aparırlar. Orada görünür ki, torpaq, qum şəraiti daha əlverişlidir. Bakıda doğrudan da geoloji vəziyyət çox mürəkkəbdir. Buna uyğun olaraq da texnologiya tətbiq edilir". (“Yeni Müsavat”)
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Xəbər lenti
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin