Dövlət Komitəsi: "Azərbaycan əhalisinin çoxunu qadınlar təşkil edir"

07/09/2019 [18:00] - Gündəm (193)



“Bu gün Azərbaycanda dövlət-qadın siyasəti həyata keçirilir. Qadınlarımız ölkənin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunmasında aktiv iştirak edir”.  

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxışı zamanı bildirib.

O bildirib ki, Azərbaycanda, ümumiyyətlə dünyada əhalinin çoxunu qadınlar təşkil edir: “Onların əldə etdikləri uğurlar bütün ölkənin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm qərar qəbuletmə sahələrində təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı ildən-ilə artır. Son illərdə qadınların sahib olduqları müəssisələrin sayının artdığı müşahidə edilir. Hazırda sahibkar qadınların Azərbaycanda xüsusi çəkisi 30 faizə çatdırılıb”.

S. Qəhrəmanova deyib ki, dünyanın hər bir yerində, hətta ən inkişaf etmiş ölkələrində də eyni problemlər yaşanır: “Buna nümunə olaraq-miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkün həyatı və erkən nikahları göstərmək olar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və ölkədə 1 milyondan Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda bu sırada olan qadınlar çox böyük əziyyət çəkməklərinə baxmayaraq, bu gün millət vəkili, müəllim, həkim, dövlət qulluqçusu kimi çalışırlar”.

Dövlət Komitəsinin sədr müavini qeyd edib ki, həyata keçirilmiş layihələr nəticəsində 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. 

S. Qəhrəmanova onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı artıq 46 faizə çatıb: “Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. İnanırıq ki, bu dəfə də bələdiyyələrin tərkibində qadınların sayının yüksəlməsinə nail ola biləcəyik".
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin