“Terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil”

07/09/2019 [15:53] - Gündəm (64)





Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Lakin təəssüf ki, terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCCAP bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.
Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxış edərkən deyib.
Ə. Əhmədov vurğulayıb ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən bu konfrans əhəmiyyətli platformanı təşkil edir.
Baş nazirin müavini bildirib ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil: “Regionda olan ən böyük qitə dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir. Gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim etməkdədir.
Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradan dərəcədə özünü göstərir. Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng politraya sahib olduğunu göstərir”.
Ə. Əhmədov vurğulayıb ki, Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkələri narahat edən problemlər üzərində diskussiyaların aparılması regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür: “Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var.
Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı onun tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.
Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsi ilə bağlıdır. Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlə geridə qalma İCAPP-ı düşündürən, diskussiyaya səbəb olan cəhətlərdən biridir.
Bizi narahat edən, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir”.

Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin