Əlilliyi olan şəxslərin iş yerlərinin standartları təsdiqlənib

07/09/2019 [13:35] - Gündəm (70)



Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.

APA-nın məlumatına görə, “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramı və bu Standartlar nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar. Bu Standartlarda göstərilməyən digər istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan şəxsin işləməsinə icazə verilməsi tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal kimi həll edilir.

Oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir. Əlilliyi olan şəxs üçün iş stulunun oturacağının ön tərəfi dəyirmi olmalıdır. Stulun oturacağı və söykənəcəyi yarıyumşaq olmaqla sürüşkən olmayan, elektrik keçirməyən, havakeçirmə qabiliyyətli materiallarla örtülməli, çirkdən asan təmizlənməli və texniki-estetik tələblərə cavab verməlidir. Əllə qaldırılan və başqa yerə daşınan yükün və ya tətbiq edilən qüvvənin həddi 10 kq-dan və iş növbəsi müddətində bir yerdən digər yerə daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq olmamalıdır. İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır. İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır. Avadanlığın səthinin temperaturu 35 dərəcədən yuxarı olmamalıdır.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binalar aşağıda göstərilən xüsusi rabitə və informasiya vasitələri ilə təchiz edilməlidir:

- səsin işıq indikatoru;

- işıq-çağırış siqnalları.

Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır. Əlilliyi olan şəxs üçün xüsusi iş yerinin təşkil edilməsi digər işçilərin əmək funksiyalarının yerinə yetirilməsinə maneçilik yaratmamalıdır.. Əlilliyi olan şəxslərin iş yerləri yanğın və digər fövqəladə hadisələri bildirmək üçün əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, xüsusi siqnalverici avadanlıqla təchiz edilməlidir.

 Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yol verilmir:

- nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən işlərə;

-  bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı işlərə;

- kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə) işlərə;

-. narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin  aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir:

- partlayış xarakterli işlər;

- sualtı işlər;

- şaxtalarda və mədənlərdə yeraltı işlər;

- qaynar sexlərində görülən işlər;

- nəqliyyat vasitələrinin idarə edilməsi;

- hündürlükdə aparılan tikinti işləri və özül işləri;

- yüksək səs-küylü istehsalat işləri;

- zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər;

- əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər;

- böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər;

- hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər;

- qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər;

- elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər;

- radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər;

- ultrasəsin təsiri ilə bağlı işlər;

- səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər;

- zəhərli kimyəvi maddələrlə bağlı işlər;

-  əsəb-emosional gərginlikli işlər.

Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq tələb yarandıqda müəssisə, idarə və təşkilatlarda istirahət, məişət və yemək otaqlarında, eləcə də tibb məntəqələrində əlilliyi olan şəxslərə bu məqsədlər üçün müəyyən edilmiş yerlər nəzərdə tutulmalıdır. Əlilliyi olan şəxslərin iş yerləri onların istifadəsi üçün həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınmaqla uyğunlaşdırılmalıdır. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın yerinə yetirilməsi tələb edilməyən işlər seçilməlidir. Oturaq vəziyyətdə işlərdə əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün iş yeri yaradıldıqda, iş yeri antropometrik və erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. İş yeri təşkil edilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınmalıdır.
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin