"Kaspi" Abituriyent kurslarının qəbul imtahanlarında göstərdiyi nəticənin 98%-dir"

06/09/2019 [20:00] - Cəmiyyət (224)



Bu gün "Kaspi" Təhsil Şirkəti ötən tədris ilindəki fəaliyyəti ilə bağlı ictimaiyyətə hesabat verib.

İstiqlal.az-ın məlumatına görə, hesabat tədbirində çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bu gün dövlətin təhsil sahəsinə göstərdiyi diqqətin yüksək səviyyədə olduğunu söyləyib:

"Prezident İlham Əliyev təhsil sahəsinə göstərdiyi qayğını öz əməli fəaliyyətində də göstərir. Bu gün yeni məktəblərin tikilməsi, ən ucqar bölgələrdə məktəb binalarının yenilənməsi, təmir edilməsi, müəllimlərin əməkhaqlarının artırılması dövlətin bu sahəyə necə diqqət göstərdiyini nümayiş etdirir".

S.Vəliyeva daha sonra liseyin bundan əvvəlki illərdəki uğurunu bu il də təkrarladığını qeyd edib. O, 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyini və Əsmər Hacızadənin 690.5 bal toplayaraq I qrup üzrə respublika birincisi olduğunu, ümumilikdə "Kaspi" Abituriyent kurslarının bu il qəbul imtahanlarında göstərdiyi nəticənin 98% olduğunu vurğulayıb.

Təsisçi bildirib ki, 2018-2019 tədris ilində ali məktəblərə qəbul imtahanının göstəricilərinə əsasən, "Kaspi" Liseyi özəl məktəblər arasında ən yüksək nəticə göstərib, son 2 tədris ilində isə buraxılış imtahanlarının nəticələrinə görə lisey respublika üzrə 1-ci yer tutub.

S.Vəliyeva deyib ki, 2018-2019-cu tədris ilində "Kaspi" Liseyinin məzunları layihə olimpiadalarında ümumi 38 olmaqla, 6 qızıl, 9 gümüs, 23 bürünc medal qazanıb və bununla da 2015-ci ildən etibarən liseyin hesabındakı medal sayı 83-ə çatıb.

"Kaspi" Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev, ötən il təhsil sitemindəki və imtahan qaydalarındakı dəyişikliklər haqqında danışıb. O qeyd edib ki, yeni imtahan sistemi şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarının da bir neçə aspektdən yoxlanılmasına şərait yaradıb.

E.Əliyev 2019/2020-ci tədris ilindən etibarən "Kaspi" Liseyinin ingilis bölməsinin açılmasından, Bakının Nərimanov rayonunda yeni açılmış "Kaspi" Uşaq Bağçasının Gənclik filialından, Sumqayıtdakı "Kaspi" Uşaq Bağçasının nəzdində yeni istifadəyə verilmiş "Kaspi" Kids kurslarından, həmçinin Balakəndə, Bakının Mərdəkan qəsəbəsində yeni fəaliyyətə başlayacaq "Kaspi" abituriyent nümayəndəliklərindən və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.

Tədbirdə builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş "Kaspi" Liseyinin və "Kaspi" abituriyent kurslarının məzunları tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını söyləyiblər.

Tədbirdə daha sonra qəbul imtahanlarında uğur qazanmış "Kaspi" məzunları və müəllimlər mükafatlandırılıb.
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
Xəbər lenti
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
14/01/2021 [16:58]:
Rusiyada 24 763 yeni yoluxma və 570 ölüm faktı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin