Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Luigi Di Maionu İtaliyanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.
"Luigi Di Maionu İtaliyanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edir və gələcək işlərində ona uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycanla İtaliya arasında qarşılıqlı maraqlar və etimada söykənən strateji əlaqələr daha da möhkəmlənəcək", - XİN bildirib.