Üzümün yetişdirilməsində vacib olan məqamlar

06/09/2019 [12:23] - Gündəm (53)



Abiotik və biotik amillərin bitkilərdə əmələ gətirdiyi dəyişikliklər “stres” adlanır. Stres bitkilərdə vacib fizioloji və metabolik dəyişmələrə səbəb olur, bitkilərin böyümə və inkişafına mənfi təsir edir. Abiotik stresə “cansız amillərin”, başqa sözlə, ətraf mühitin mənfi təsirləri aiddir, fiziki və kimyəvi olmaqla 2 yerə ayrılır. Fiziki amillərə - yüksək və aşağı temperatur, quraqlıq, su stresi, radiasiya və mexaniki təsirlər; kimyəvi amillərə - qida elementlərinin çatışmazlığı, duzluluq, toksinlər, oksidləşdirici stres, torpağın pH-ı, zərərli dərmanlar və ətraf mühitin çirklənməsi aid edilə bilər. Stres faktorlarının əmələ gətirdiyi zərər bitkilərin ətraf mühitə adaptasiya dərəcəsindən asılı olaraq dəyişir.

Bu barədə İstiqlal.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.

Mövzu ilə bağlı nazirliyin saytında qeyd edilir ki, uzun sürən yüksək temperatur, quraqlıq, o cümlədən ani yüksələn temperatur, uzun sürən anomal istilər bitkilərdə, o cümlədən üzümdə ciddi fəsadlar törədir, inkişafa mənfi təsir etməklə, ciddi məhsul itkisinə səbəb olur. Tənək 28-32°, hətta 35°C-də normal böyüyüb inkişaf edir. Lakin, 40°C temperaturda tənəkdə böyümənin sürəti kəskin azalır, 40°C-dən yuxarı olduqda isə tənəyin yaşıl hissələrində zədələnmələr (yarpaqda və yaşıl zoğlarda qarsılma və gilələrdə isə “yanıqlar” baş verir) yaranır və kök sisteminin fəaliyyəti pozulur. Temperaturun 37 dərəcədən yuxarı qalxması bir sıra xəstəliklərin (məsələn, oidium) qısa müddət də olsa, inkişafını zəiflədir. Bu, müsbət haldır.

Üzüm nəmlik sevən mezofit bitkidir. Suvarılmayan üzümlüklərin normal inkişafı, böyüməsi və bar verməsi üçün illik yağıntıların miqdarı 400-500 mm-dən aşağı olmamalıdır. Yağıntıların bu həddə təmin olunmaması, o cümlədən havada nəmliyin az olması və həddən artıq yüksək temperatur üzümdə metabolizm, barvermə və böyümə prosesini pozur.

Yuxarıda qeyd edildiyi kimi, yüksək temperatur və qızmar günəş şüaları əsas mənfi təsiri salxımlara, gilələrə göstərərək, onlarda “gün yanıqları” əmələ gətirir. Bu isə məhsulun əmtəəlik görünüşünə və keyfiyyətinə mənfi təsir edərək, onun rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu vaxt nəinki suvarılan, o cümlədən dəmyə şəraitdə əkilib-becərilən üzümlərdə də stres əlamətləri (qarsılmalar, gün yanıqları və s.) baş verə bilər.

Qeyd edək ki, nəmli və sərin bölgələrdə sıx əkilmiş üzüm bağlarında yarpaqlar üzüm salxımlarının üzərinə kölgə salaraq ona işıq düşməsinin qarşısını alır və gilələrin rəng intensivliyi azalır. Hətta normal havalanma getmədiyindən göbələk xəstəliklərinin də inkişafı sürətlənir. Bunların qarşısını almaq üçün salxımlara kölgə salan yarpaqlar qoparılmalıdır. Ancaq yarpaq qoparma texnikasına uyğun olaraq aparılmalıdır ki, fotosintez prosesinin intensivliyi azalmasın və günəş şüaları gilələri zədələməsin.

Ona görə də bu problemlərin qarşısını almaq üçün ətraf mühitin mənfi təsirləri düzgün qiymətləndirilərək üzümçülükdə bir sıra aqrotexniki, aqrokimyəvi və digər tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Yarpaqların və yaşıl zoğların qoparılması yaşıl əməliyyatın ən vacib elementlərindəndir. Üzümdə “yarpaq alma, yaxud yarpaq qoparma” əhəmiyyətli yaşıl əməliyyat olaraq, vaxtında və düzgün həyata keçirilməlidir.

Bu tədbir torpaq-iqlim şəraitindən, sort xüsusiyyətlərindən, üzümçülüyün ixtisaslaşma istiqamətindən, üzümün becərilmə texnologiyasından, məhsulun istifadə istiqamətindən və s. asılı olaraq vegetasiya ərzində üç dəfə həyata keçirilə bilər. Birinci dəfə çiçəkləmədən bir neçə gün qabaq (qismən yarpaq alma), ikincisi çiçəkləmədən bir neçə gün sonra, yəni qoralar formalaşan dövrdə (bu dövrdə xüsusi diqqətli olmaq lazımdır ki, iyul ayının ortaları və axırlarından temperatur yüksəlməyə başlayır, gün işığı intensivləşir ki, bu zaman yarpaq qoparma və digər yaşıl əməliyyatların aparılması gilələrdə günəş yanıqlarının əmələ gəlməsinə səbəb olur), üçüncüsünün isə üzüm giləsinin “rəngdəyişmə” və ya “texniki yetişkənlik” dövründə aparılması məqsədəuyğundur. Bu zaman yarpaqlar texnikasına uyğun olaraq qoparılmalıdır.

Adətən günəş işığı ilə bol işıqlanan və yay boyunca yüksək temperatur müşahidə edilən ərazilərdə cənub-şimal istiqamətində salınan üzüm bağlarında daha çox günəş yanıqları müşahidə edilir. Belə üzümlüklərdə səhər və günortadan sonra düz düşən günəş şüaları üzüm gilələrini zədələyərək, bəzi hallarda 30-40 faiz məhsul itkisinə səbəb olur.

Torpaqda nəmliyin aşağı olması gilələrin şəkərtoplama intensivliyini ləngidir, bu proses uzun sürərsə, gilələrin su balansı pozulur və büzüşmə gedir. Üzüm gilələrinin yetişməsi və yüksək şəkər toplaması havanın temperaturundan və sutkalıq temperatur amplitudundan əhəmiyyətli dərəcədə asılıdır. Lakin gecə və gündüzün temperatur fərqinin həddindən artıq yüksək olması üzümdə stresə yol açaraq, güclü “gilə tökülməsi”nə səbəb ola bilər. Temperaturun kəskin sıçrayışla dəyişməsi və onun stres halında özünü biruzə verməsi üzümdə müvəqqəti olsa da, uyğunlaşma reaksiyalarının pozulması ilə nəticələnir. Bu da özlüyündə üzümün toxumalarında suyun itirilməsinə şərait yaratmaqla təhlükə ilə nəticələnə bilir.

Preventiv tədbirlər:

-Suvarma işləri və məhlul çiləmə gecə saatlarında (saat 22-00-dan 07-00-a qədər) aparılmalı və kalium gübrələrindən istifadə olunmalıdır;

-Yüksək temperatur davam etdikcə gündüzlər xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizələrin (məhlul çiləmək) aparılması məqsədəuyğun deyil;

-Düzgün aparılmayan yarpaq qoparma əməliyyatı gün yanıqlarına səbəb olduğundan yarpaqlar “pəncərə açma metodu” ilə qoparılmalı, salxımların üzəri tam açılmamalıdır. Çünki anomal istilərdə bitkinin ağ ciyərləri dediyimiz yarpaqlar qoparıldığı zaman salxımın üzəri açıq qalır;

-Tənəkdə baş verən stresin fəsadlarını aradan qaldırmaq üçün təsərrüfat sahibləri tərəfindən biotik və abiotik stres amillərinə qarşı kimyəvi preparatlardan (Albit, Megafol, Radifarm, Viva və s.) istifadə edilərək çiləmələr aparılmalı (gecələr) və bunun üçün həmin preparatlardan kifayət qədər tədarük görülməlidir;

-Normal suvarılan üzümlüklərdə yayda, gilələr yetişən dövrdə suvarmanın birdən-birə dayandırılması fəsadlar törədir. Bu zaman salxımların aşağı hissəsindən gilələr soluxmağa başlayır və getdikcə tam büzüşərək quruyub tökülür. Bu zaman gilələr boş olur, yedikdə tamsız hiss olunur. Ona görə də suvarılan üzümlüklərdə yayda suvarma rejiminə diqqət olunmalıdır;

-Uzun sürən anomal istilər dəmyə üzümçülüyündə də stresə yol açır. Bunu aradan qaldırmaq üçün kaliumlu gübrələrdən (kökdən və kökdənkanar yemləmələr), o cümlədən stresə qarşı kimyəvi preparatlardan istifadə edərək gecələr çiləmələr aparılmalıdır;

-Günəş işığı bol düşən və yay boyunca yüksək temperatur müşahidə edilən ərazilərdə yeni üzüm bağları şərq-qərb istiqamətində salınmalıdır.
Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin