Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Korrupsiya ilə Mübarizə Fondunun (KBF) Moskva qərargahında aparılan axtarış zamanı 8 nəfəri saxlayıblar.
APA xəbər verir ki, bu barədə "TASS"-a həbs olunanlara hüquqi yardım göstərən vəkil Tatyana Molokanova məlumat verib.
"Məndə olan məlumata görə, səkkiz məhbus Moskvanın Meşanski rayonundakı polis şöbəsinə aparılıb. İndi saxlanılmanın səbəbini araşdırmaq üçün ora gedirəm",- deyə vəkil bildirib.
Öz növbəsində KBF ilə əməkdaşlıq edən vəkil Vladimir Voronin fondun paytaxtdakı qərargahında aparılan istintaq hərəkətlərinin hələ başa çatmadığını qeyd edib.